Böyüklük Sizdə Qalsın!

0
4796
Böyüklük Sizdə Qalsın!

Sizə bir sualım var. Bağışlamağı bacarırsınızmı? Əgər cavab “hə”dirsə, o zaman nə xoşbəxt sizə. Əgər “yox”sa, dediklərimizə diqqət yetirin.

ABŞ-da bir qrup alim araşdırma aparıb. ABŞ-ın Kaliforniya ştatının San Dieqo Universitetinin reallaşdırdığı araşdırma 200 nəfər üzərində aparılıb. Araşdırmanın mövzusu isə qəlb qıran şəxsləri bağışlamaq ürəyə necə təsir edir? Və.... məlum olub ki, bağışlamaq ürəyə xeyirdir və sağlamlığa da müsbət təsir edir.  

Araşdırma necə olub? Tədqiqatçılar onlardan özlərini üzən hadisələri xatırlamalarını istəyib. Üzərində təcrübə aprılan şəxslərin yarısından hadisələri bağışlamalarını, digərlərindən isə onları üzən xatirələri qəzəblə yad etməklərini istəyiblər. Üzərində təcrübə aparılan şəxslər bu hissləri yaşayarkən onların qan təzyiqləri və ürək döyüntüləri yoxlanılıb. Hadisələri qəzəblə qiymətləndirənlərin qan təzyiqinin digərlərinə nisbətdə daha yüksək olduğu müşahidə olunub. Həmçinin kin saxlamayan və onları üzənləri bağışlayanların ürəyinin daha sağlam olduğu da aşkarlanıb.

Siz də kin-küdurəti bir kənara qoymaqla daha mərhəmətli və rəhmdil ola bilərsiniz. Sizi incidən birini bağışlamaqla siz stres, narahatlıq və depresiyaya daha az məruz qala, daha sağlam münasibətlər qura və psixoloji və mənəvi cəhətdən daha sağlam ola bilərsiniz. Bağışlamaq böyüklükdür. Böyüklük sizdə qalsın!

 Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN