Hansı Ay Toy Üçün Ən İdeal Zaman Sayılır?

0
2839
Hansı Ay Toy Üçün Ən İdeal Zaman Sayılır?

Alimlər,insanı xoşbəxt edə biləcək faktorları araşdırmağa davam edir. Son araşdırmalar isə, deməyə əsas verir ki, insanlar öz xoşbəxtliklərinə nəzarət edə və müəyyən hərəkətlər vasitəsi ilə xoşbəxt situsiyanı dəstəkləyə bilərlər. Əvvəllər isə alimlər hesab edirdi ki,  xoşbəxtlik digər insani keyfiyyətlər kimi insana genetik olaraq keçir və bu, insanın nəzarət edə bilməyəcəyi faktorlardan asılıdır. Kaliforniya Universitetinin psixologiya professoru —Soni Lyubomirski öz həmkarları ilə birlikdə insanı xoşbəxt edən 5 faktoru ayırd ediblər:
 
Birinci növbədə mərhəmətli olmaq lazımdır.  
Psixoloqlar,eksperiment iştirakçılarından onlara bir vaxtlar yardım etmiş adamlara minnətdarlıq məktubu yazmalarını xahiş ediblər. Məlum olub ki, bu adamlar özlərini bu cür məktublar yazmamış insanlardan fərqli  olaraq,daha çox xoşbəxt hiss ediblər. Məktubları göndərmək o qədər də vacib deyil, hətta kağız üzərində sadə minnətdarlıq ifadəsinin əks olunması,bu adamları xoşbəxtlik duyğusunu hiss etməyə məcbur edib. Bu hissiyat insanları hətta həftələr və aylar tərk etməyib.  
 
İkincisi,nikbin olmaq lazımdır.
Eksperiment iştirakçılarına öz gələcəklərini necə görmək barədə fikirləşmək barədə tapşırıq verilib. Bu,sevdiyiniz insanla birgə ailə həyatı da ola bilər, işgüzar fəaliyyətinizdə etibarlı tərəfdaşınız da ola bilər. Bundan sonra öz fikirlərini şəxsi gündəlikdə yazmaq tələb olunub. Bir neçə həftə ərzində bu cür pozitiv düşünən insanlar qeyd ediblər ki, onlarda ruhi gümrahlıq xeyli dərəcədə yaxşılaşıb.  
 
Üçüncüsü,öz uğurlarınıza sevinməyi bacarmaq lazımdır.
Həftə ərzində onları sevindirmiş  3 hadisə barədə qeydlər edən eksperiment iştirakçılarının diqqəti,əsasən onların həyatında baş vermiş yaxşı şeylərə yönəlib. Onlar özlərini daha çox xoşbəxt hiss etdikləri məqamları tapıblar.  
 
Dördüncüsü,özünüzün daha güclü cəhətlərinizdən istifadə etməniz vacibdir.
Məsələn,özlərində yaxşı yumor hissinin olduğunu iddia edənlər,zarafatları ilə işgüzar görüşlərdə yaranan gərginliyi aradan qaldıra və yaxud  bədbəxtlyə düşmüş dostunu ovundura bilərlər. Yumar hissi də bir sıra bədbəxtlikləri unutmağa kömək edir.  
 
Beşincisi, xoş addımlar atmaq lazımdır.
Məlumdur ki, xoş addımlar bir qayda olaraq həmişə insanın özünə qayıdır, qarşılıqlı olur. Ehtiyacı olanlara öz pullarını və vaxtlarını əsirgəməyən insanlar,bu cür xoşməramlı addımlardan sonra özlərini daha xoşbəxt hiss etdiklərini söyləyiblər.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN