Bunlar xoşbəxtliyinizin qarşısını alır

0
6027
Bunlar xoşbəxtliyinizin qarşısını alır

 Xoşbəxt olmağa cəhd etsən də, bu səndə alınmır. Hər dəfəsində tam xoşbəxt olursan ki, buna mane olan nə isə çıxır. Sizə xoşbəxtliyə mane olan səbəbləri təqdim edirik:


Hamının xoşuna gəlməyə cəhd göstərmək.

Bu ən böyük səhvdir.Bir insan hər kəsin xoşuna gələ bilməz.Bu heç də həmin insanın pis və ya yaxşı insan olmasına sübut deyil.Ətrafdakı bütün insanlarda yaxşı təəssürat oyatmağa sərf etdiyiniz enerjini əslində sizin həyatınızda önəm daşıyan insanlara yönəldin.Beləliklə,vaxtınızı boş yerə sərf etməmiş olarsınız.

Acgözlük.

Pul və maddi sərvətlər insana yaşamaq üçün vacibdir.Lakin ölçüsündə,çünki maddiyyat insan həyatında birincilik qazandıqda artıq ona xoşbəxtlik gətirmir.Sizin olan hər şeyi qiymətləndirməyi bacarın və bunun üçün şükr edin.

Paxıllıq.

Bəzi insanlar özlərindən xoşbəxt adam görəndə özlərini xoşbəxt hesab etmirlər.Bu zaman insanda paxıllıq hissi yaranır.Anlamaq lazımdır ki,hər kəsin öz qisməti və taleyi var.Hamımızın müxtəlif məqsədləri var və bu məqsədlərə çatmaq üçün müxtəlif yollardan istifadə edirik,buna görə də özünü kimləsə müqayisə etmək mənasızdır.

Kin.

Bağışlamaq xoşbəxtliyin əsas açarıdır.Başqalarının səhvlərini bağışlamadıqda insanın ürəyində kin və nifrət yığılır,bu da onun xoşbəxtliyinə mane olur.İnsan özünü də bağışlamağı bacarmalıdır,çünki nə vaxtsa etdiyiniz hər hansı bir səhv sizdə daima günah duyğusu yaradır.Özünüzü bağışlayın ,çünki heç kim ideal deyil və hamı səhv edir,yenidən yaşamağı bacarın.

Əyləncə və hobbi.

Hər kəsin sevdiyi əyləncə var.Və insan sevdiyi əyləncə və ya hobbi ilə məşğul olduqda özünü xoşbəxt hiss edir.Hansısa səbəbdən insan sevdiyi əyləncədən uzaqlaşdıqda həyatdan tam olaraq zövq ala bilmir.

Macəra axtarışı.

Əgər insanın hərəkətlərində məntiq yoxdursa və daim macəra içində olmaq istəyirsə belə insan həyatda qoyduğu məqsədə çətin çatır.Hisslərin əsiri olmaq olmaz.

Özünü olduğu kimi qəbul etmək.

Ola bilsin ki,siz özünüzdə nəyi isə bəyənmirsiniz,başqa görünüşə sahib olmaq.daha varlı olmaq istəyirsiniz.Lakin özünüzü olduğunuz kimi qəbul etməyi bacarın.Bu sizin həyatınızı asanlaşdıracaq və hər kəs sizi olduğunuz kimi qəbul edib sevəcək.

ŞƏRH YAZIN