Fridrix Nitşe Aforizmləri

0
8095
Fridrix Nitşe Aforizmləri

Xoşbəxtlik hədəf deyildir. Əksinə, qüdrət duyğusu hədəfdir. İnsanın və insanlığın daxilində dəhşətverici bir güc—özünü boşaltmaq, mövcud etmək istəyir. O heç bir vaxt xoşbəxtlik hədəfi olmayan partlayışların ardıcıl zənciridir.
Xəyalımızın məhv edilməsi,bizə hələ həqiqət vermir,bizim bilmədiklərimizi artırır, boş fəzamızı genişləndirir.
Özünün əldə edə biləcəyin haqqın, başqaları tərəfindən sənə hədiyyə edilməsinə razı olma.
Gerçək kəşf edilmir,yaradılır. Bu,sonu olmayan bir prosesdir.
İnsan bərk-bərk tutmalıdır ürəyini, tutmalıdır ki, getməsin.Əgər getməyinə icazə versə, çox keçmədən ağlı da ürəyinin arxasınca gedər.
Danışmağa uğuru olmayan, çəkdiyi acıyla öyünür.
İnsan pis fikirləri olduğuna görə utanmaz. Özgələrin onun pis fikirlərini bilmə ehtimalından utanar.
Qorxunu bilən, amma onu məğlub edəndə vardır ürək;uçurumu görən, amma qürurla izləyəndə.
Uçurumu görən, amma qartal gözləriylə baxanda;uçurumu qartal pəncələriylə qavrayanda vardır ürək.
Azadlıq nədir? Heç kimin qarşısında utanmamaq.
Bir gənci azdırmağın ən yaxşı yolu—ona eyni düşünəni fərqli düşünəndən daha çox saymağı öyrətməkdir.   
Kim canavarla döyüşməyi fikirləşirsə, bir canavara çevrilməyi də fikirləşsin.Uçuruma uzun-uzun baxarsınızsa, uçurum da sizin gözlərinizin içinə baxmağa başlayar.   
İnsanlığın daxilində dəhşətverici bir güc—özünü deşarj etmə, ürəyində olanları boşaltma istəyidir.   
Həqiqi və böyük uğurlar, xoşbəxtliklə tanış deyil.   
Bir şeydə ilkin olmağı istəyənə yaxşı deyilir. Amma bir başqasından qabaqda olmaq istəməyənə də yaxşı deyirlər. 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN