Gülüş Güldürür!

0
2220
Gülüş Güldürür!

Bir gülüş gördüyü an insan da fərqində olmadan gülümsəyir. Sizə gülümsəmə bəxş edən gülüşlə bağlı maraqlı faktlarımız var. Nevroloq və komik Professor Sofi Skott gülüş barədə bilmədiyiniz 10 faktı bölüşür.

1. Siçovulların qıdığı gəlir

Siçovulların gülməsini görmək istəyirsiniz? Onda onu qıdıqlayın. Siçovullar, şimpanzelər, itlər də gülür. Amma siçovullar zarafatlara gülmürlər. Onlar insanlar kimi oynayanda şadlıqlarını nümayiş etdirmək və dostluq yaratmaq üçün gülürlər. Daha çox oyun oynayan siçovullar daha çox gülüb. Daha çox gülən siçovullar isə gülən digər siçovullara yaxın olmaq istəyib. Bu onu göstərir ki, insanların gülüşü də oynamaqdan əmələ gəlib. Bu, digər məməli heyvanlarda da müşahidə olunub.

2. Gülüş zarafata görə deyil
 
Adamlardan nəyə görə güldüklərini soruşanda çoxu deyir ki, zarafata və ya yumora görədir. Amma bu, elə deyil. Maryland Universitetindən psixoloq Robert Provine aşkar edib ki, daha çox dostlarımızla danışanda gülürük. Əslində başqa adamlarla olanda gülmək ehtimalı 30 qat artır. Maraqlıdır ki, bu adamlarla söhbət edəndə biz yenə də zarafatlara deyil, ilk baxışdan heç də gülməli görünməyən şərhlərə gülürük. Gülmək reaksiya deyil, ünsiyyət üsuludur.

3. Beyin qəsdən edilən gülüşlə səmimi gülüşü fərqləndirir
 
Laboratoriyada beyinin surətini yaradanda gülüşün əhəmiyyətini görürük. Qəsdən edilən gülüşlə səmimi gülüşü müqayisə etdik. Beynimiz fərqi avtomatik olaraq görür. Eyni zamanda qəsdən edilən gülüşə qulaq asmaq beyinin bir hissəsində, ön orta alınqabağı korteksində fəaliyyəti çoxaldır. Bu korteks başqa adamların hisslərini anlamaqla əlaqələndirilir. Bu onu göstərir ki, biz avtomatik olaraq başqaların qəsdən etdiyi gülüşləri anlamağa çalışırıq.

4. Gülüş yoluxucudur
 
Beynimiz üzərində aparılan tədqiqatlar göstərir ki, gülüş yoluxucudur. Hətta gülməli olmayan hallarda belə başqasının gülüşünə qoşulmağa hazırlaşmağımız üzümüzün əzələlərini buna hazırlamağımızdan hiss olunur. Birinin gülüşə göstərdiyi yoluxucu reaksiyanın səviyyəsi, gülüşün nə qədər səmimi olub-olmadığını anladığını göstərir. Başqa sözlə, gülüş eşidəndə ona qoşulmağımız onu göstərə bilər ki, biz həmin gülüşün həqiqətən də ürəkdən gəldiyinə inanmışıq.
 
5. Tanıdığınız şəxslərin zarafatı daha gülməlidir
 
Gülüş gülüş gətirir. Buna görə bir çox yumor şoularında səhnədə olan aparıcılar çıxışlar arasında auditoriyadakı gülüşün sovuşmasına imkan vermirlər. Lakin gözləntilər və adamın tanış olub-olmaması gülüşü müəyyən edən şərtlərdəndir. Məşhur adamların zarafatları daha gülməli görünür.

6. Gülüş kaloriləri yandırır
 
Gülməyin səhhətə müsbət təsiri barədə çoxsaylı məqalələrə rast gəlmək olar. O, fiziki hazırlığı yüngül atletika kimi yaxşılaşdırmağa qabil deyil. Hərçənd gülüş vaxtı qaçmağa nisbətdə daha çox kalori yandırılır. 10-15 dəqiqə gülmək ürək pulsunu 10-20 faizədək artırır. Bu isə 10-dan 40-dək kalorinin yandırılması ilə nəticələnir. Belə ki, bir paket çipsin verdiyi kalorini yandırmaq üçün 3 saat ərzində gülmək lazım gələ bilər.

7. Gülüş münasibətlərin müddətini uzadır
 
Gülən və zarafat edən partnyorlar münasibətlərindən daha çox razıdır. Həmçinin onlar bir-birindən başqalarına nisbətən daha gec ayrılırlar. Bu göstərir ki, emosional cəhətdən yaxın olan adamlarla münasibətlərdə gülüşdən istifadə etmək faydalı ola bilər. Atamın dəfn mərasimindən əvvəl anamın üzünü güldürmək üçün nə isə dediyim yadıma gəlir. O gülüşdən sonra hər şey yenidən qaydasına düşdü. Gülüş təkcə insanların sağlamlığı deyil, onlar arasındakı münasibətlərin sağlamlığından xəbər verir.

8. Gülüş yerində olmaldır
 
Söhbət edərkən adamlar cümlənin sonunda gülməyə çalışırlar. Bu qaydaya hətta işarə dilində danışanlar da əməl edir. Yumoristlər zarafat edərkən auditoriyanın reaksiyasını ölçməlidirlər, onlar düzgün anlarda susmalı və gülüş üçün pauza etməlidirlər. Bunları etmək xüsusi məharət tələb edir. "Auditoriya gülərkən səhnədə heç nə etmədən dayanıb gözləmək xüsusi özünəinam tələb edir” - yumorist Kiri Pritchard-Mclean deyir. Onun sözlərinə görə lətifə söyləyərkən gülüşə kifayət qədər yer vermək və düzgün anda müdaxilə edib növbəti lətifəyə keçmək xüsusi ustalıqdır.

9. Gülüş cəzbedicidir
 
Gülməkdən uğunanadək güldürə bilərsiz? Şəxsi elanlarda yumor hissinə ağıl, təhsil, peşə və seksuallıqdan daha artıq önəm verilir, araşdırmalardan birində deyilir. Başqa bir təhqiqata görə biz zarafatlarımıza gülən adamları daha çox bəyənirik.

10. Bəzi şeylərə gülməmək mümkün deyil
 
Heç bir yumorist hamıda gülüş doğuracaq lətifə kəşf etməyib. Lakin mən güldürmək üçün bəzi üsulların daha yaxşı nəticə verdiyini deyə bilərəm. Onlardan biri namünasib yerdə gülməməyə çalışan adamların videoklipləridir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN