Gülüşün yaratdığı möcüzə

0
2967
Gülüşün yaratdığı möcüzə

ABŞ-ın Loma Linda Universitetinin elm adamlarının apardığı araşdırmadan bəlli olub ki, yaşlı insanlar onları güldürən hadisələri daha yaxşı xatırlaya bilirlər.  


Araşdırma zamanı elm adamları bəzi iştirakçılara 20 dəqiqəlik komediya filmi izlətsə də, bəzilərindən sadəcə səssiz oturmaları xahiş olunub. Daha sonra hər iki qrupa yaddaş testi edilib. Məlum olub ki, komediya filmi izləyənlərin yaddaş testi daha müvəffəqiyyətli və stress səviyyəsi daha aşağıdır. Qeyd edək ki, araşdırmadan gülməyin yaddaşa mənfi təsir edən stress səviyyəsini azaltdığı, xoşbəxtlik hormonu səviyyəsini yüksəltdiyi, beləcə yaddaşın müsbət istiqamətdə təsirləndiyi vurğulanıb.
 

ŞƏRH YAZIN