Həyatımızın Sevinci

0
872
Həyatımızın Sevinci

Bəzən həyatda insanlar cox xırda şeylərdən belə zövq ala bilirlər.Fransa Psixoloqlar Assosiasiyası "Həyatın adi sevincləri" adlı insan hissləri reytinqi hazırlayıb.Bu reytinqi sizə təqdim edirik :

1. Supermarketdəki arabada sürüşmək.
2. Sübh çağına qədər yatmamaq.
3. Uzun müddət çimməyəndən sonra isti duş qəbul etmək.
4. Sürücülük vəsiqəsi aldığın günün səhəri: anlayırsan ki,maşına oturub istədiyin yerə sürə bilərsən.
5. İlk dəfədən ideal,paralel maşın saxlamaq.
6. İsti asfalta düşən yağışın qoxusu.
7. Qar xışıltısı.
8. Məşqdən sonra əzələlərin ağrısı.
9. Gəlmələrindən əvvəl mənzilin yığışdırılmasına ehtiyac duyulmayan qonaqlar.
10. Uzaqdan dəqiq zərbə ilə zibil qutusuna nə isə atmaq.
11. Təzə aldığın paltarı geymək.
12. Yerindən tərpənən qatara minmək.
13. Təzə bişmiş çörəyin ətri.
14. Zəngli saatın səs salmasından 1 saat əvvəl yuxudan ayılmaq və yenidən yatmaq üçün 1 saatın olduğunu bilmək.
15. Eşitdiyin melodiyanın hansı filmdən olduğunu hamıdan tez xatırlamaq
16. Təyyarədən duşəndən sonra qulaqların yenidən eşidə bilməsi.
17. İş günündən sonra təzə ayaqqabını çıxararaq dincəlmək.
18. Uşaqlıqda duyduğun qoxunu təsadüfən haradasa duymaq.
19. İsti yay axşamı maşının pəncərəsindən qolu çölə çıxarmaq.
20. Baharda açıq pəncərədən eşidilən,asfaltla yeriyən qadının hündürdaban ayaqqabılarının səsi.
21. Yayın istisində başı daz qırxdırmaq.
22. Tam azad və sərbəst olduğun gün.

Bəs,siz bu sevinclərdən hansını yaşamısız ?


Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN