Həyatımızın Yazılmamış Qanunları

0
3048
Həyatımızın Yazılmamış Qanunları

Həyatımız 6 təməl qanunun üzərində qurulub. Bu qanunlar kainatla daha ahəngdar əlaqə qurmağa, istəkləri daha sürətli yerinə yetirməyə və daha xoşbəxt insan olmağa kömək edir.

Qanunlar bunlardır:

1. Nə verirsinizsə, o da sizə qayıdır.
Əgər siz özünüzə qarşı yaxşı münasibət gözləyirsinizsə, onda həmçinin başqalarına yaxşılıqla yanaşın. İnsanları sevin, yaxşılıq edin, hədiyyələr edin. Daha əliaçıq insan olmağa çalışın.
 
2. Kənarda baş verənlər sizin iç dünyanızın güzgüsüdür.
Əgər həyatınızda baş verənlər sizin xoşunuza gəlmirsə, onda daxili dünyaya fikir verin və səbəbini orda tapın. Onu dəyişsəniz, sizin ətrafınız da dəyişər. Əgər siz öz bədəninizi sevmirsinizsə, o xəstələnir.
 
3. Oxşar oxşarı cəlb edir.
Yaxşılıq yaxşılığı cəlb edir, qorxular həyata keçir, pis fikirlər bumeranqla qayıdır. Siz nəyi cəlb etmək istədiyinizi özünüz seçirsiniz.
 
4. Sevgi möcüzələr yaradır.
Bu ən böyük sağaldan gücdür. Özünüzə və başqa insanlara qarşı sevgi hissi pozitiv transformasiyada sizin birinci hədəfinizdir.
 
5. Fikirlər həyata keçir.
Hər şey sizin beyninizdə başlayır. Sizin fikirləriniz hər şeyin açarıdır. Xəstəlik və sağlamlıq, sərvət və yoxsulluq – bunların hamısını siz özünüz yaradırsınız.
 
6. Məsuliyyət.
Məsuliyyət qanunu, bütün başqa qanunlar kimi çox əhəmiyyətlidir. Onun mahiyyəti qurban rolunu buraxmaqdadır. Ətrafdakıları günahlandırmağı dayanmaq və həyatınızı öz əllərinizə götürmək lazımdır. Siz hər şeyi bacaracaqsınız, əsas buna inanmaqdır!
 
Bu həyatın əsas qanunlarıdır. Onları xatırlayın və xoşbəxt olun!
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN