İnsan bu halıyla da xoşbəxt ola bilərmiş

0
2502
İnsan bu halıyla da xoşbəxt ola bilərmiş

15 yaşında olmasına baxmayaraq, bədəni  2 yaşlı uşağın bədəninə sahibdir. Boyu 80 sm olan kiçik qızın geyimləri oyuncaq gəlinciklərin  paltarları qədər kiçikdir.  


Corciya Rankin 4 yaşlı qardaşından belə balacadır. O yaşıdlarından fərqli olsa da, olduqca xoşbəxtdır. Gənc qızın fərqli olmasının səbəbi skelet sistemində yaşanan narahatlığın olmasıdır. Sümükləri yetərincə böyüməyən qızın bu anda sahib olduğu ölçülərdən daha böyük olması qeyri-mümkündür . Görənləri heyrətə salan Corciya Rankin bütün imkazsızlıqlara baxmayaraq, olduqca optimist və gülərüzlüdür. Corcia: "Kiçik ola bilərəm, amma bunun məni durdurmasına əsla icazə verməyəcəyəm. Hər zaman nə etmək istəyirəmsə onu edəcəyəm.  Həkimlər deyir ki,  Corciya çox cəsur bir xanımdır. Onu da qeyd edirlər ki, gənc qızın ortopedik problemiylə maraqlanırlar, onun və ailəsinin  həyatını asanlaşdırmaq üçün əllərindən gələn hər şeyi edirlər. 
 

ŞƏRH YAZIN