Təhsildə son deyə bir şey yoxdur. Bir kitabı oxuyub bitirməklə və yaxud imtahandan keçməklə bitmir təhsil. İnsan bütün həyatı boyu - doğulandan ölənə qədər, öyrənir.
Qorxmaz insan aqressiv insan deyil, heç bir qorxu hissi olmayan insan azad və sakit insandır.
Bütün ideologiyalar axmaq bir şeydir. İstər dini olsun, istər siyasi. Hər biri insanlar arasında bölgü yaradır.
Hər birimiz məşhur olmaq istəyirik. İnsan bir "nəsə" olmaq istədiyi sürəcə azad olmayacaq.
Tanrıya inam səni monoton və cansıxıcı həyatdan xilas edəcək.
Hər kəsdə bir dünya var və əgər sən necə baxmağı və öyrənməyi bilirsənsə artıq qapını tapmısan və açar da sənin əlindədir. Yer üzərində heç bir kəs sənin yerinə bu qapını aça bilməz.
Məncə, həqiqət keçilməz bir yoldur və sən bu yolu din və yaxid hər hansısa bir məzhəblə keçə bilmərsən.
Məntiqli düşünən şəxs diqqətsiz insandır, çünki o qaydalara uyğunlaşmağa çalışır, o şablonları təkrarlayır və dərin düşünür.