Məqsədə Çatmaq Üçün Qanun

0
9057
Məqsədə Çatmaq Üçün Qanun

Özünüz üçün ideal imic təyin edin! Düşündüyünüz,inandığınız və güvənlə gözlədiyiniz şeylərə mütləq çatacaqsınız.
İnamınız güclüdürsə,heç nə qeyri-mümkün deyildir.Məqsədlərinizə sərhəd qoymayın və unutmayın ki,məqsədlərinizi yalnız özünüz mühakimə edə bilərsiniz.Bu mühakimədən hər zaman qaçının,çünki özünüzü buxovlaya bilərsiniz.İnsan böyük düşünməli və mümükün ola biləcəyindən yüksək məqsəd müəyyən etməlidir.
İşləmədən,zəhmət sərf etmədən inam işə yaramaz. İşləmədən məqsədlərə çatmaq mümkün olmadığı kimi, məhsuldarlıq da uzaqlaşar.İnam işləməklə möhkəmlənər.
Düşüncələrinizi özünüzə saxlayın, lazım olanı edin və gözləyin.Heç kimə heç nə söyləməyin.Aldığınız reaksiyalarla o yan-bu yana yayınmayın və hədəfdən ayrılmayın.Diqqətinizi məqsədiniz üzərində cəmləşdirsəniz, təhtəlşüurunuz problemləri həll edəcəkdir.Xəyalınızı zehnən həyata köçürün və lazım olanı tamamlayaraq gözləyin.
İnandığınız ölçüdə sərvət sahibi olacaqsınız.İnsan gün boyu düşündüklərinin cəmidir.
Məqsədlərinizi yazın! Əgər həqiqətən istəyirsinizsə,məqsədlərinizi mənimsəyin! Məqsədlərinizin dünyada maddiləşdiyini xəyal edin!

 

Korrektə etdi: Günel İbadova

 

ŞƏRH YAZIN