Müasir rəhbərlərin inkişafına kömək edəcək dərslər

0
1979
Müasir rəhbərlərin inkişafına kömək edəcək dərslər

Özünü sərt çərçivədə saxlamaq heç də asan deyil

Devid Pakkard deyirdi ki, şirkətlər aclıqdan daha çox acgözlükdən ölürlər. Müxtəlif pəhrizlərin son tədqiqatları Pakkardın əyləncəli bənzətməsinin onun təsəvvür etdiyindən də faydalı olduğunu göstərdi. Müasir rəhbərlər bu fikirdən onlara strategiyanın inkişafında kömək edə biləcək dərslər öyrənə bilərlər. Bu da belə dərslərdən ikisi.

Kiçik ölçülü boşqab götürün. Əgər komandanızın “boşqabında həddindən artıq şey”olduğunu hesab edirsinizsə kiçik ölçülü boşqab götürün. Brayn Vansinkomun başçılığı ilə Kornell universitetinin psixoloqları boşqabın ölçüsünün çox yeməyin əsas stimulyatorlarından biri olduğunu təyin ediblər. Kiçik ölçülü boşqab qəbul olunan kalori miqdarını azaltmağın ən sadə üsuludur. Bu zaman qida qəbulunu azaltmaqda xüsusi iradə belə tələb olunmur.

Rəhbərlər üçün “kiçik ölçülü boşqab” prioritetlər və strategiyalar siyahısının ixtisarı anlamına gəlir. Əsas say deyil, ildə ancaq dörd böyük tapşırıqla məhdudlaşmağı məsləhət görərdim. Belə halda rübdə bir əsas hədəf - “nəbzin bir vuruşu” qarşıda durur.

Heç nəyə baxmayaraq siz hər rüb komandanızın qarşısına “beş yeməkdən ibarət nahar” təqdim edə bilərsiniz, ancaq rəhbərin vəzifəsi hansı yeməyin (yalnız birinin) əsas olduğunu dəqiq göstərməkdir.

Deserti sabah yeyin. Bəs kiçik boşqaba yerləşməyən maraqlı təşəbbüs və tapşırıqlarla nə etməli? Bu ehtiyat strateji planın mümkün prioritetləridir – şüurlu sürətdə uzağa, gələn rübə, hətta gələn ilə qədər təxirə saldığınız təşəbbüslərin siyahısıdır

Bunun nəyi yaxşıdır? Psixoloq Nikol Mid insanın şokoladlı tortdan həmişəlik imtina etdiyində deyil, özünə “Mən onu sabah yeyərəm” dediyi zaman pəhrizin daha rahat keçdiyini təyin etmişdir. Özünü sərt çərçivədə saxlamaq heç də asan deyil. Sevimli təamı menyumuzdan həmişəlik çıxarmaq? – biz bu andı verməmişdən əvvəl pozarıq. “Mən özümü şirniyə qonaq edəcəm, ancaq bu gün yox”, daha ağıllı və daha effektli and olardı. Eləcə də siz “qadağalar planınızda” sadalananları “yeyin”, ancaq bu gün yox.

“Kiçik boşqab və desertin təxirə salınması qaydaları” adi iş gününün gərginliyində sadəcə unudulmuş ola bilər. Problemin həlli yolu hər səhər iş gününün heç olmasa 10-15 dəqiqəsini özünə ayıraraq, prioritetləri müəyyən etməklə, gündəlik cədvəl hazırlamaq ola bilər. Siz bu toxunulmaz vaxtı yalnız və yalnız əsas işinizə həsr edəcəksiniz. Poçt adresinizi yoxlamayın, avtocavablandırıcıya qulaq asmayın, həmkarlarınızla söhbətləşməyin. Siz prioritet işlər qeyd olunmuş kağıza əməl etsəniz, həftə sonu, rüb və ya il sonunda, hətta daha uzun müddətə əldə olunmuş nəticələrə təəccüblənəcəksiniz.

 

ŞƏRH YAZIN