Nə Qədər Xoşbəxt Olduğunuzun Fərqindəsiniz?

0
3862
Nə Qədər Xoşbəxt Olduğunuzun Fərqindəsiniz?

Standford Universitetinin yeni ortaya çıxardığı bir xoşbəxtlik formulu var. Dünyaya bu formulla baxdığımızda həyatımız bir az daha mənalı olacaqdır. Aşağıdakıları oxuduğunuzda cavablarınız bəli isə nə qədər şanslı olduğunuzu anlayacaq və halınıza şükr etməli olduğunuzu anlayacaqsınız.

* Əgər bu səhər sağlam olaraq oyandınızsa, bu həftə xəstəlikdən öləcək olan 1 milyon adamdan daha şanslısınız.

* Əgər heç döyüş görməmiş, həbsə düşməmiş, işgəncə görməmiş, aclıq çəkməmişsinizsə, 500 milyon adamdan daha şanslısınız.

* Əgər evdən çıxanda bir qəzaya, həbsə, işgəncəyə məruz qalma ehtimalınız yoxsa, 3 milyard adamdan çox daha yaxşı bir vəziyyətdəsiniz.

* Əgər soyuducunuzda yeməyiniz, üzərinizdə geyiminiz, başınızın üstündə damınız və yatacaq yeriniz varsa, dünyanın yüzdə 75-indən daha zənginsiniz.

* Əgər cibinizdə və bank hesabınızda sizi rahat dolandıra biləcək pulunuz varsa, bəzilərinə kömək edə bilirsinizsə, dünyanın yüzdə 8 zənginlərindənsiniz.

* Əgər ana atanız sağsa və evlidirsə, dünyada nadir olan kəslərdənsiniz...

* Əgər bu yazını oxuya bilirsinizsə, yer üzündəki 2 milyard oxuma yazma bilməyəndən daha şanslısınız.

Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN