-Hər dəyişiklik digər dəyişikliklərə yol açır.
-Öləndən sonra Cənnətə yox,Cəhənnəmə düşmək istəyirəm.Orada mən papalar,krallar və hersoqların cəmiyyətləri ilə həzz ala bilərəm.Cənnətdə isə yalnız dilənçilər,zahidlər və apostollar məskunlaşıb.
-Məqsəd vasitələri doğruldur.
-Sülh içində yaşamaq istəyənlər müharibəyə də hazır olmalıdırlar.
-Hər kəs səni göründüyün kimi görür, çox az adam sənin necə olduğunu hiss edir.
-Hökmdarın ağlı haqqında mühakiməni,onun özünə yaxınlaşdırdığı insanlara görə edərlər.
-Ağır xəstəliyi əvvəlcədən müəyyən etmək çətin olsa da,müalicə etmək asandır.O inkişaf etdiyi zaman isə onu müəyyən etmək asan,müalicə etmək isə çətindir.
-İnsanlar onları sevənləri incitməkdən daha az ehtiyyat edirlər,nəinki ,onların ürəklərinə qorxu salan kəsləri.
-İnsan ağlı üç növ olur:birinci kəslər hər şeyi özləri dərk edir; ikincilər birincilərin dərk etdiklərini anlayır; üçüncülər isə nə özləri bir şeyi dərk edir,nə də başqalarının dərk etdiklərini anlayır.
Korrektə etdi: Günel İbadova