Onlar dünyanın ən xoşbəxtləridir!

0
1744
Onlar dünyanın ən xoşbəxtləridir!

 Xoşbəxtlik hər kəsin sahib olmadığı bir duyğu olsa da, bəzi ölkələrdə gənclərin əksəriyyəti bu xoşbəxtliyi qazanıb. Məsələn Meksikada. Meksikada yaşayan gənclər özlərini dünyanın ən xoşbəxti hesab edirlər. Viacom şirkətinin keçirdiyi sorğular bunu deməyə əsas verir. 


Sorğu dünyanın 24 ölkəsində 9 yaşdan 30 yaşa qədər olan insanlar arasında keçirilib. Ümumilikdə 15 min nəfərin rəyi soruşulub. 

Nəticələr göstərir ki, meksikalı gənclərin 93 faizi özünü xoşbəxt hesab edir. İkinci yerdə isə Argentinadır. Bu ölkə gənclərinin 87 faizi özlərini xoşbəxt sayırlar. Braziliya gənclərinin isə 84 faizi özünü xoşbəxt hesab edir.

ŞƏRH YAZIN