Optimist Olmağı Öyrənin!

0
7164
Optimist Olmağı Öyrənin!

Son tədqiqatlar göstərir ki,optimist insanlarda beyinin fəaliyyəti pessimist insanlardan fərqlidir, ancaq pessimist insanlar da öz yollarını dəyişə bilər və pis düşüncələrdən azad ola bilərlər.Tədqiqatçılar iddia edirlər ki,hər bir insan 7 həftə ərzində yalnız 2 sadə yolla pessimistlikdən xilas ola bilər.
1. Hər zaman gülən və qəzəbli üzləri xatırlayın.
2. 20 dəqiqə meditasiya edin.
Bu sadə üsullarla beynin fəaliyyətini və həyata pessimist münasibətinizi dəyişə bilərsiniz.
BBC kanalında nümayiş etdirilən sənədli filmdə göstərilir ki,Maykl Mosley yuxusuzluqdan 20 il əziyyət çəkib,halbuki o yaxşı yata bilən,xoşbəxt bir insan olmaq istəyirdi.Mosleyin bu vəziyyəti ESSEX Universitetində araşdırılıb.Nəticələr göstərib ki,onun beyninin pessimist duyğularla əlaqəli olan sahələri daha fəaldır.
Araşdırmalar göstərir ki,pessimistlikdən və narahatçılıqdan əziyyət çəkən insanların böyük beyin yarımkürələrində asimmetriya mövcuddur.Belə ki,sağ yarımkürələrdə sol yarımkürələrdə olduğundan daha çox proses gedir.Beyində elektrik fəaliyyətini sınaqdan keçirmək üçün araşdırma aparıblar.Aydın olub ki,istirahət zamanı Mosleyin beyninin sağ yarımkürəsi sol yarımkürədən 3 dəfə fəaldır.Filmdə göstərilir ki,yuxarıda qeyd etdiyimiz 2 sadə üsulla Mosleyin əhvalı xeyli yaxşılaşmış və beynindəki asimmetriklik balanslaşdırılmışdır.Nəticədə o, optimist insana çevrilmişdir.
Optimist insan olmağın yolları:
-Nəfəs alın. Fikrinizi pis və mənfi şeylər üzərində cəmləşdirmədən öncə dərində nəfəs alın.
-Qəlbinizi dinləyin.Ürək döyüntülərinizi,qanın bədəndə dövranını hiss etməyə çalışın.Meditasiyaya hazır olana qədər davam edin.
-Diqqətinizi cəmləşdirin.Hansı fikirlər sizə çətinlik yaradır?Hal hazırda ağlınızda hansı fikirlər var?Bu suallar ətrafında düşünün.Fikirləriniz haqqında mühakimə yürütməyin.Pis və ya yaxşı düşüncə yoxdur,beyində hər ikisi bərabərdir.
Bir neçə dəqiqə bu çalışmaları yerinə yetirin.Əvvəlcə 10 dəqiqə məşq edin,daha sonra isə vaxtı artırın. Nə qədər çox məşq etsəniz,o qədər az qorxu və narahatlıq içərisində olacaqsınız.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN