Özünü İdarəetmənin Yolu

0
2923
Özünü İdarəetmənin Yolu

Təhtəlşüur,bədən funksiyalarının avtomatik yerinə yetməsini təmin edir.İstər ayıq,istərsə də,yatmış vəziyyətdə böyük istəklər daxildən xaricə çıxar.Təhtəlşüur qoyulan qaydaya görə hərəkət edir.Şüur əmrləri verir,təhtəlşüur isə bu əmrləri tətbiq edir.Onu itaətkar xidmətçi kimi təsəvvür edin. Bütün əmrlər,hər bir mülahizə,hər bir inanc təhtəlşüurda qeyd olunur,hətta diqqət yetirmədiyimiz şeylər belə,yazılır və lazım olduğu vaxt ortaya çıxır.
Qanunları özümüz yaradarıq.Məsələn: “küləyin qabağında oturmuşam,xəstələnəcəm!” kimi bir düşüncə yaratsaq,təhtəlşüur bunu dərhal qeyd edəcək və bunu deyən xəstələnəcəkdir.Xəstəliyin səbəbi,hava cərəyanında qalmaq deyildir,cərəyana düşən kimi xəstələnəcəyinə inanmaqdır.
İnsanların çoxu öz-özlərini hipnoz edirlər.Çünki qaydaları insan qoyur,təhtəlşüur da həyata keçirir.İnsanlar əvvəlcə özlərinə qənim kəsilən qaydalar müəyyən edir,sonra da bunların əsiri olub bədbəxt olurlar.Düşüncənin dəyişməsi həyatı da dəyişdirər.İnancını dəyişdirən insan,həyatını da dəyişəcəkdir.Çünki insanı yaradan onun düşüncələridir.
Hamının düşüncələri seçmə haqqı vardır.Başqalarının,bizim haqqımızdakı düşüncələri bizi bağlaya bilməz.Yaxşıları düşünsək,yaxşılar da bizi seçəcəkdir və onları özümüzə cəzb edəcəyik. Qorxu və nifrəti düşüncələrdən uzaqlaşdırmaq lazımdır.
 
Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN