Özünüzü Xoşbəxt Hiss Edin!

0
3348
Özünüzü Xoşbəxt Hiss Edin!

1. Susmaq (qarşıdakını dinləmək və anlaya bilmək üçün).

2. Hadisələrə qərəzsiz baxıb qarşıdakı adamın gerçəkdə nə demək istədiyini anlamaq.

3. Yaşadığımız mənfiliklər qarşısında özümüzü qurban elan etməmək, əksinə özümüzə güvənib, vəziyyəti olduğu kimi qəbul edərək istədiyimiz nəticəyə çatmaq üçün alternativ həllər axtarmaq.

4. Hər hansı bir hadisə yaşandığında qorxularımızla reaksiya verməmək, onun yerinə qorxularımızı anlayıb düşündükdən sonra reaksiya verməliyik. Yəni reaktif deyil, proaktif davranmaq lazımdır.

5. Həyatın hər mərhələsində yaşadığımız hadisələrin, qarşılaşdığımız insanların, öz düşüncə və inancımızın bir əks olunması olduğunu anlamaq. Hər kəsi bir müəllim olaraq qəbul edib bütün bunlarda özümüzü tanımaq və anlamaq üçün bir vasitə görərək istifadə etmək.

6. Özümüzü tanımaq mərhələsində əskiklərimizi, pis olaraq təyin olunan yanlarımızı bildiyimiz halda örtmək və ya göz ardı etmək yerinə, daha şüurlu yaxınlaşıb bu xüsusiyyətlərimizə anlayıb sevməyi öyrənmək.

7. Hər gün ən az üç dəfə, ən az yarım saat özümüzə keyfiyyətli zaman ayırmaq.

8. Hər duş qəbul etdikdə bir yatağın üzərinə olduğunuz kimi kürək üstü uzanaraq (bornozla) ən az 10 dəqiqə heç bir şey etmədən özünüzü dinləmək.

9. Hirs, sevinc, xoşbəxtlik eyni enerji qaynağından gəlir. Gələn bu enerjiləri müsbət istiqamətə çevirmək əlimizdədir. Bunu musiqi, sənət, idman və meditasiya ilə təmin edə bilərik. Öz duyğularımızı daha yaxşı ifadə edib nəzarət etməyimizə kömək edir.

10. Sahib olduğumuz bədən haqqında doğru və elmi məlumatları əldə etmək lazımdır (Beynin sinir sisteminin və nəfəsin necə çalışdığını anlamaq kimi). Bu, insan həyatındakı bütün olaraq sağlamlıq və xoşbəxtlik baxımından əhəmiyyətli bir addımdır. Bunun üçün də adam öz ehtiyacı istiqamətində məlumat əldə edərək araşdırma etməli və oxumalıdır. Bu da adamın özünə verə biləcəyi ən gözəl sevgi şəklidir. 
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN