Pis əhval işinizə necə yarayar???

0
3257
Pis əhval işinizə necə yarayar???

 Bəzən əhval ruhiyyənin aşağı olması da işimizə yaraya bilər. O necə ola bilər? deyirsinizsə, diqqətlə oxuyun. 


Müəyyən olunub ki, pis əhval ruhiyyə bizim düşünmək, dərk edə bilmək qabiliyyətimizi yüksəldir. Avstraliya alimləri tədqiqatlarda iştirak edən könüllülərə neytral məzmunlu filmlər, həmçinin xərçəng və ölümlə bağlı olan filmlər göstərirdilər. Daha sonra onlara müxtəlif tapşırıqlar verilməli idi. Yekun nəticədə aydın oldu ki, kədərli filmə baxdıqdan sonra pis əhval ruhiyyəyə düşənlər hesab məsələlərində daha az səhvlər edir, daha yaxşı analitik bacarığını nüməyiş etdirir və keçmişdə olan hadisələri daha tez xatırlayırdılar.

Yeri gəlmişkən, pis əhval ruhiyyə həmçinin yaradıcılıq qalibiyyətini yüksəldir. Digər tədqiqatların müəllifləri bir neçə manipulyasiyaların köməyi ilə könüllülərdə yaxşı və ya pis əhval ruhiyyə yaradırdılar. Keyfi aşağı olan həmin bəzi könüllülər, digər gözəl əhval ruhiyyədə olanlardan fərqli olaraq daha kreativ kollajlar (fr. collage — yapışdırma.. təsviri incəsənətdə texniki üsul) yaradırdılar.

ŞƏRH YAZIN