Pul haqqında 7 qanun

0
5023
Pul haqqında 7 qanun

Hər bir insanın maliyyə ilə özünəməxsus münasibət vardır. Kim isə onlarla yaxşı yola gedir, kim isə yox, amma demək olar ki, hamı istəyir ki, pulu çox olsun, hətta lazım olduğundan da çox. Bir qayda olaraq pul isə onlar ilə rəftar etməyi bacaran, yəni pul qanunlarına riayət edən insanları sevir. Bu qanunlar elə də çətin deyil. Çoxları onlar boş şey hesab edərək, tamamı ilə məhəl qoymur, amma çox əbəs yerə.

Axı pullar və xüsusən də pul qanunları, özünə qarşı hörmət tələb edir.

1. Seçim qanunu

Onun mahiyyəti sadədir: Hər bir insan varlı olub-olmamağı özü seçir. Biz özümüz özümüzü məhdudlaşdırıcaq yüzlərlə səbəb, amil, mülahizə uydurur –öz qabiliyyətimizə və bizi əhatə edən imkanlara inanmırıq, baxmayaraq ki, eyni zamanda biz özümüzü kifayət qədər ağıllı hesab edirik.

2. Kapital qanunu

Burda isə söhbət heç də puldan getmir. Əsl kapital –sizin qazanmaq qabiliyyətinizdir. Bu gün sizin əldə etdiyiniz məbləğ –sizin özünüzdə nə dərəcə pul qazanmaq qabiliyyəti yetişdirdiyinizin meyarıdır. Öz şəxsi dəyərinizi artırın, öz bilik və bacarıqlarınızı təkmilləşdirin, yeni səriştələr əldə edin. Daha çox deyil, daha yaxşı işəməyə can atın. Ən yaxşı investisiya –insanın özünə etdiyi investisiyadır.

3. Perspektiv qanunu

Maliyyə qərarı qəbul edərkən, öz gələcək addımlarınızı da hesablayın, uzaqgörən davranın. Digər sözlərlə, yeni layihəyə və ya biznesə başlarkən, ani mənfəətə ümid bəsləmək axmaqlıqdır. Ola bilsin ki, indi sizin gəlirləriniz yüksək deyil, amma perspektivdə sizin biznesin gəlirlərinin 10 və hətta 100 dəfə artması gözlənilirsə, bir az səbir toplayın və hazırlanmış plana əməl edin. Varlı insanlar həmişə gələcəyə baxırlar.

4. Əmanət etmə qanunu

Həmişə öz gəlirlərinin 10%-ni saxlamaq lazımdır. İlk baxışda bu məbləğ sizə böyük görünə bilər, düzdür həyatda da hərəmiz ayrı-ayrı situasiyalar ilə üzləşirik –borclar, nəzərə alınmamış gözlənilməz xərclər, həddən artıq dərəcədə cüzi olan gəlir və s. Əgər 10% sizin üçün həddindən artıq böyük məbləğdirsə, onda heç olmasa 1% dən başlayın. Müddət keçdikcə daha çox, 2%, 3% artırıb saxlamağa çalışın və tədricən bu rəqəmi 10%-ə çatdırın. Bu pullar sizin maliyyə ehtiyatınızdır və o sizin özünüzü daha yaxşı və nisbi təhlükəsizlikdə hiss etmənizə səbəb olacaq.

5. İnvestisiya qanunu

Pul haqqında qanunlardan ən vaciblərdən biridir. Heç zaman öz pullarınızdan ayrılmağa tələsməyin və investisiya etməzdən öncə, öz qan-tərinizlə qazandığınız pulu investisiya etmək istədiyiniz işi dərindən araşdırın. Çünki müəyyən mənada pul –sizin həyatınız bir hissəsidir, axı siz onları qazanmaq üçün öz vaxtınızı sərf etmisiniz. Bəs öz əməyinin nəticəsinə laqeyd yanaşmağa dəyərmi?

Həmişə özünüzə sual verin: Əgər sizin qoyduğunu bütün vəsait batarsa, onda nə baş verəcək? Əgər belə bir itki sizin üçün çox ağrılı olacaqsa, onda belə bir investisiyadan imtina etmək daha ağıllıdır, axı sahib olduğunu saxlamaq, hər şeyi itirməkdən daha yaxşıdır.

6. Qənaət qanunu

Sizin maliyyə gələcəyinizin uğuru sizin nə qədər pul qazanmağınızdan deyil, qazanılan pullardan nə qədərinin qaldığından daha çox asılıdır. Sizin əmanət etdiyiniz 190% burda nəzərə alınmır.

7. Təhlil qanunu

Müntəzəm olaraq, öz maliyyə vəziyyətinizi analiz etmək üçün vaxt ayırın. Bunu ildə bir dəfə yox, heç olmasa həftədə bir dəfə etmək lazımdır. Öz pullarınızın gələcək taleyi, onları necə işlətmək barədə mühakimə yürütməyə daha çox vaxt ayırın, onda sizin qərarlarınız daha yaxşı düşünülmüş və məntiqi xarakter kəsb edəcək.

«Hal-hazırda həddindən çox insan, özünün qazanmadığı pulu, onlara lazım olmaya əşyalara xərcləyir, onların xoşu gəlmədiyi insanlarda təəssürat oyada bilsinlər».

 

ŞƏRH YAZIN