Pul Xoşbəxtlikdir?

0
2412
Pul Xoşbəxtlikdir?

Pul və xoşbəxtliklə bağlı mübahisələr bitib tükənmək bilmir. Pul xoşbəxt edə bilirmi? Yeni bir araşdırma ilə, pulun xoşbəxtlik gətirdiyi deyilir. Amma düzgün sərf edildiyi zaman. Belə ki, araşdırmalara görə, "almaq" yerinə "etmək"' bizi xoşbəxtliyə aparan bir mövqedir. Sözsüz ki, özünü yaxşı hiss edən insan da pulunu daha çox məqsədəuyğun xərcləyir. 

Sual: Pul xoşbəxtlikdən çıxar, yoxsa xoşbəxtlik puldan? 

Ayaqqabı, çanta, ətək, çox havalı bir köynək. Fərq etməz. Yeni bir şey almaq insanı təbii ki, xoşbəxt edər. Ehtiyac olmasa belə, onu almaq üçün gözlər parlayar. Sanki alacağımız bu əşya ilə özgüvənimiz geri gələr, sanki heç bir şey əvvəlki kimi olmayacaq. Bu həyəcan yarım saata kimi davam edər. Evə gəldiyində, o da şkafda digər yoldaşlarının yanında yer alar. Şkafın qapısı bağlandıqda isə, hər şey normallaşmağa başlayır. Super güclərini itirər. 

Yaxşı, bəs o yarım saatlıq keçici adrenalin halının adı "xoşbəxtlik" ola bilərmi? Əgər xoşbəxtliksə, bu qədər uçucu olmağa haqqı varmı? Xoşbəxt olmanın meyarı puldur? 

Pul, əlbəttə lazımlıdır. Onun sayəsində sağlamlıqla maraqlana bilmək, tətilə çıxa bilmək, rahatlıqla nəyisə tapa bilmək, lüks həyata sahib olmaq olar. Amma ən çox pulu olan adam qətiliklə ən xoşbəxt olan deyil. 

Onsuz da çox araşdırmanın nəticəsi də bunu təsdiqləyir; Təməl ehtiyaclarını qarşılaya bilən, kənara yaxşı bir miqdar pul qoya bilən insanlarla həddindən artıq varlılar arasında xoşbəxtlik baxımından haradasa heç fərq yoxdur. Çünki pul – xoşbəxtlik gətirir. Bəli, amma qismən. Ancaq doğru xərcləndiyində. Amma doğru xərcləmək nə demək? Pul əşyaları, paltarları deyil, xəyalları reallaşdırmağa, xatirələr yığmağa və başqalarına faydalı olmağa yaradığında xoşbəxtlik verir. Və bu şəkildə həyatını dolduran insan xoşbəxt olur; xoşbəxt insan da dərmanı onsuz da alış-verişdə axtarmır. Tox insanın supermarketə gedincə, çox məntiqli alver edə bilməsi kimi; xoşbəxt insan da pul xərcləyərkən mənasız şeylər etmə gərəyi duymur. Qısa deyil, uzun vədəli düşünməyi bacara bilir. Əgər pulunuz çoxdursa, pul sizi deyil, siz pulu idarə etməyi bacarın.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN