Pulunuza Necə Qənaət Etmək Olar?

0
3381
Pulunuza Necə Qənaət Etmək Olar?

Qənaət edərək yaşamaq,o demək deyil ki, hər şeydən imtina etməlisən,keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əslində qənaət etmək – bu incəsənət baxımdan gözəl pul xərcləməkdir.
Ən əsası pulları göyə sovurmazdan əvvəl özünüzə sual verin: Mən pulu nəyə xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi?Xərclədiyiniz pulların hesabından başlayaraq aldığınız pulların hesabını yoxlayın.Utanmayin,zəng eləyib araşdırın ki,niyə sizin telefon abunə haqqını ya da kommunal xərclərinizi qaldırıblar.Çalışın öz xərclərinizi vaxtında ödəyəsiniz.Gözləməyin ki, xərcləriniz artsın.
Yollanın dükana,alacağınız ərzaqların  siyahısını tərtib edin,amma bundan vaz keçməyin.Aldığınız ərzaqları,kredit kartı ilə yox pulla odəyin.Ödədiyiniz pulların isə çeklərini saxlayın.Bu sizə keyfiyyətsiz malların  geri qaytarılmasına kömək edər.Çalışın ən iri dükanlardan alış-veriş edəsiniz,çünkü alınan malın reklamına dükan tərəfindən pul qoyulmur və ona görə də bu mallar ucuz olur.Ümumi cəhətdən bu malların görkəmi elə də cəlb olunmur,amma keyfiyyətinə söz ola bilməz.
Psixoloqların fikrinə gorə insan ac mədəyə düşünülməmiş addım atır.Ona görə də dükana getməzdən əvvəl evdə yaxşıca yeyin.Tələyə düşməyin. Həmişə öz istədiyiniz şeyləri nəzərə alın və nəyi almaq istədiyinizə qəti qərar verin.
Hesablayın,siz  iş yerinizdə yeməyinizə nə qədər pul sərf edirsiniz?Yəgin siz özünüz də görərsiniz ki, bu həm cibinizə, həm də mədəniz üçün çox ziyandır. Özünüzlə işə yemək aparın ki, həm pulunuza qənaet etmiş olasınız,həm də öz sağlamlığınızı düşünəsiniz.Mütəxəssislərin bildirdiyinə görə,qızdırıcı əşyalar çoxlu enerji aparır.Çalışın tez-tez tozsovuranın torbasını təmizləyəsiniz.Torbası dolu olan tozsovuranın 1\3 hissəsi enerjinin 40%-ni aparir.Paltar yuyan maşını dolmuş şəkildə istifadə edin, bu həm suya, həm də enerjiyə qənaət etmiş olar.
Ən əsası da qənaət etdiyiniz pullara istirahət və yaxud səyahət edə bilərsiniz.


Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN