Qorxunu Azaldan Və İnancı Artıran Çalışmalar

0
4754
Qorxunu Azaldan Və İnancı Artıran Çalışmalar

Qorxunun adamı nə qədər güçsüzləşdirdiyini bilirik. Ancaq qorxunun həyatınızı ələ keçirməsinə icazə verməyə bilərsiniz. Əgər qorxularınızla yoldaş olsanız, onları qəbul etsəniz, zaman-zaman səthə çıxdıqlarında onların üstünə düşməkdənsə, uzaqlaşmalarına icazə versəniz çox yaxşı, təhlükəsiz və azad hiss edərsiniz. Eyni zamanda qorxunun yerinə qoymaq üçün daha güclü və daha yüksək frekanslı bir şeyə ehtiyacınız ola bilər. Bu mərhələdə inam dövrəyə girər. Qorxuya zidd inancdır və qorxunu seçməkdənsə inancı seçmək sizi daha çox güclü edər. Əvvəl qorxularımızın fərqinə varır, sonra da onların yerinə inancı qoyarıq. Qulağa qəribə gələ bilər ancaq işə yarıyır:
 
İlk addım olaraq boş bir kağız götürün və sizi ən çox qorxudan, ideal həyat yaşamanıza maneə törədən 5 qorxunuzu yazın. Bunları yazmaq çətin olsa da fərqindəlik ilk addım olaraq çox önəmlidir. Sonra bu 5 qorxunu bir-birindən fərqli kağızlara yazın. Bir zibil qutusu tapın. Yazdıqdan sonra hər qorxunu özünüzə yüksək səslə oxuyun, dərin bir nəfəs alın və verərkən qorxunun yazılı olduğu kağızı cırın. Parçalanmış kağızı zibil qutusuna atın. Yüksək səslə "Bu qorxu artıq mənə nəzarət etmir, inancı və sevgini seçirəm" deyin. Bütün qorxular üçün bu prosesi tətbiq edin. Bu tətbiq çox müalicəvi ola bilər və kağızı cırmaq böyük rahatlama təmin edər.
 
İkinci addım olaraq boş bir kağız götürün. Bir tərəfdə "Qorxu Düşüncələri" başlıqlı bir sütun açın. Bunun altına ağılınıza gələn bütün qorxulu fikirlərinizi  yazın. "İnanc Düşüncələri" adlı ikinci bir sütun açın. Burada bütün qorxulu fikirlərinizə qarışılıqlı olan inanc düşüncəsini yazın. Bu şəkildə zehininizi qorxunuz hər ağılınıza gəldiyində onu inancla dəyişdirməsi üçün məşq etdirə bilərsiniz. Daha çox praktik olaraq işlədikcə proses daha asanlaşır. Bir müddət sonra sizin xəbəriniz olmadan zehininiz bunu təkrarlayacaq.
 
Bu nümunələr daha dəqiq bir şəkildə başa düşməyinizə kömək edə bilər: 
 
Qorxu Düşüncəsi: Birdən həqiqətən xəstəyəmsə? (Tutaq ki analiz vermisiz və qorxulu nəticələr gözləyirsiz)
İnanc Düşüncəsi: sağlamam və həyatın mənə gətirdiklərini açıq bir zehinlə qarşılayıram.
 
Qorxu Düşüncəsi: Arzuladığım işi tapsam da, işə girə bilməyəcəm
İnanc Düşüncəsi: Bir çox gözəl iş var və birinə qəbul olacam.
 
Qorxu Düşüncəsi: Çətin ki düzgün adamla tanış olum
İnanc Düşüncəsi: Dünya aşiq ola biləcəyim mükəmməl insanlarla dolu.
 
Qorxu Düşüncəsi: Heç vaxt zəngin ola bilməyəcəyəm.
İnanc Düşüncəsi: Ağıllıyam, pulumdan düzgün istifadə edəcəm və hər zaman kifayət qədər pulum olacaq.
 
Üçüncü addım olaraq minnətdarlıq, qorxduğunuzda diqqətinizi yönəltmək üçün yaxşı bir seçimdir. Həyatınızda düzgün getməyən şeylər yerinə, düzgün gedənlərə fokuslanın. Bunu etmək üçün gündəlik minnətdar olduğunuz şeylər siyahısı yaradın. Hər günə başlarkən və ya günün sonunda minnətdar olduğunuz şeylərin siyahısını tutun. Ən sadə şeylərlə başlaya bilərsiniz, beş duyğu orqanınız sağlam olduğu üçün, başınızı salacaq bir yeriniz olduğu üçün, geyəcək paltarlarınızın olduğu üçün və s. kimi siyahı tutun. Bütün həyatınız boyunca sahib olmadığınız şeylərə diqqətinizi yönəltsəz bu siyahını tutmaq başda bir az çətin ola bilər ancaq bu normaldır. Qorxu və ya çaxnaşma anında bu siyahınızı çıxarın və oxuyun. Beləcə fokuslandığınız şeyi dəyişdirə bilər və inancın gücünü dövrəyə sala bilərsiniz.
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN