Rəqslə gələn XOŞBƏXTLİK!

0
1820
Rəqslə gələn XOŞBƏXTLİK!

 Rəqs et və xoşbəxt ol. Təəccüblənməyin. Doğru oxudunuz. Rəqs etmənin insanlar üzərindəki təsirini araşdıran Avstraliyanın New England Universiteti maraqlı nəticə əldə edib. Araşdırma nəticəsində, Tangonun passivliyi, stress və ya depressiyanı məğlub etdiyi təsdiq edildi. Mütəxəssislərə görə yalnız iki saat Cənubi Amerikanın bu məşhur rəqsini (tanqo) etmək ruh halında diqqətə dəyən ölçüdə yaxşılaşma gətirir.


Music and Medicine jurnalında dərc olunan araşdırmada Avstraliyalı alimlər insanın ruh halındakı pozuqluqların öhdəsindən gəlmək üçün rəqsin faydasını ortaya çıxardı. Jurnalda araşdırmayla əlaqədar qələmə alınan məqalədə mütəxəsislər depressiyada olan bir insanın 1 ay ərzində rəqslə məşğul olsa, bütün sıxıntılardan azad olacağını yazır.

Canberra'daki Avstraliya Milli Universiteti, New South Wales'teki New Englan Universitetindən bir qrup elm insanı stress, passivlikdən və depressiyadan şikayət edən 41 adam üzərində təcrübə etdi. İştirakçılar 18 ilə 73 yaş arasında, yaxşı təhsilli və yüzdə 80-i qadın idi. Həmin insanlar əsəbi, şiddətli və depressif olaraq qruplara ayrıldı.

20 iştirakçı bir həftə içində 90 dəqiqəlik səkkiz tango dərsinə qatılıb.. Bu qiymətləndirmə iki həftənin sonunda yenidən müzakirə edilib. Tangoya qatılanların çoxunda yaxşılaşma görüldü. Rəqsçilərdən xüsusilə yuxusuzluq daha az müşahidə edildi və ümumi olaraq həyatdan təmin olma duyğuları artdı. Bir ay sonra 41 iştirakçı toplu olaraq araşdırıldı və nəticədə Tangonun pasivvlik, stress və depressiyanı azaltdığı müşahidə edildi.

ŞƏRH YAZIN