“Əslində biz ehtiyyacımız olmayan bir şey aldığımız zaman onun üçün xərclədiyimiz pul yox ömrümüzdən o pulu qazanacaq qədər zamanımızı xərcləyirik”
Bir çoxumuz 1 dəfədən artıq işlətməyəcəyimiz çanta, geyim , aksessuar üçün aylarımızı hətda günlərimizi xərcləyirik . Nə üçün alış-verişə olan sevgimiz bitib tükənmir?
Bunların bəziləri :
O əşya və ya geyimin başqasında olub da bizdə olmadığı üçün;
Cəmiyyətdəki statusumuzu qorumaq üçün;
Daha güclü görünə bilmək üçün;
Sosial həyatımızda , rəqibimiz olduğunu düşündüyümüz bəzi insanlar onlara sahib olduğu üçün və s.
Hər məhsulun öz marka dəyəri olduğu kimi insanlarında özlərinə məxsus dəyərləri olur.Bizim cəmiyyətdə yerimizi təyin edən, bizim sahib olduqlarımıza görə dəyər verən bir cəmiyyətdə yaşayırıq. Bununa görədir ki, istifadə etdiyimiz ətir, telefon, geyim markası ,getdiyimiz restoranlar bizə əlavə dəyər qatırlar. Bu sizin şəxsiyyətinizi dəyişdirməsədə özgüvəninizə müsbət yöndə təsir edir. Bütün bunların xaricində içinizdə dəyişməyən bir insan var ki, o xalis sizsiniz. Nəyə sahib olursunuzsa olun onu dəyişdirə bilməzsiniz.
Bir gün bir oğlan universiteti bitirib işə başlayır və ilk maaşına da sevinə-sevinə ata və anasına təzə paltar alır . Aldıqlarını gətirib verəndə atası köynəyə baxır və köynəyi büküb kirli paltar qabına atır. Oğlanda pərt olub atasının köynəyi bəyənmədiyini düşünüb pis olur. O vaxtlar atadan söz soruşmaq ayıb sayılardı. Və oğlan bunu anasına deyir. Anası “axşam soruşub sənə deyərəm oğlum” deyir. Səhəri səbirsizliklə gözləyən oğlan , səhər açılar açılmaz anasından soruşur. Və anası cavab verir ki, atan dedi ki, '' əgər mən o köynəyi təzə halda geyinsəydim insanların mənə yoxsa köynəyimə salam verəcəklərini anlamazdım. İndi köynək bükük və köhnə görsəndiyi üçün insanların dəqiq mənə salam verəcəklərinə əmin olacam''
Niyə bizə deyildə işimizə, geyimimizə salam verən insanlarla münasibət qurmağa can atırıq?
Bu şeylər bizə heç lazım olamayan şeyləri almağa vadar edir, bizim hərəkətlərimizə, davranışlarımıza bir başa təsir edir. Əslində biz bunların fərqində deyilik. Bunlar şərti refleks halında baş verirlər həyatımızda. Gələcəyimizi boş şeylər uğrunda bu günümüzü xərcləməmək, öz dəyərlərimiz uğrunda çalışmaq bizə daha fayda verəcək. İnsanın daha vacib bir məsuliyyəti var ÖZÜNÜ TANIMAQ
Tərcümə etdi : Sara Məmmədova