Sizə Görə Xoşbəxtlik Nədir?

0
2024
Sizə Görə Xoşbəxtlik Nədir?

Xoşbəxtlik sözünü hər kəs bir cür qarşılayır. Qısacası, bu anlayışın insandan insana dəyişdiyini deyə bilərik. Çünkü hər kəsin sahib olduğu şeylər və ya gözləmələri fərqlidir. 

Misal üçün: Bülbülü qızıl qəfəsə qoymuşlar "ah vətən, ah vətən" deyərmiş. Onun istəyi, onu xoşbəxt edəcək şey, azad yaşadığı mühitdi.

Evindən qısa müddətlik də olsa, ayrı qalan bir uşağın, ya da gəncin xoşbəxtliyi, ana-atasına, qardaşlarına qovuşmasıdır.

Bir körpə üçün xoşbəxtlik anasının şəfqətli qucağıdır.

Bir aşiqin xoşbəxtliyi sevdiyinə qovuşmasıdır.

Ananın xoşbəxtliyi yoldaşının onu sevməsi, qoruması, əl üstündə tutmasıdır.

Bir xəstənin xoşbəxtliyi, yaxşılaşıb sağlam yaşamasıdır.

İstəsək, bu nümunələr daha da çoxaldıla bilər. Bir çox şey insanı xoşbəxt etməyə yetər. Böyük şeylərlə hər kəs xoşbəxt olar, əhəmiyyətli olan kiçik şeylərdən xoşbəxt ola biliriksə, nə xoş bizə. Məsələn, özümüzdən çox qarşımızdakını xoşbəxt edə biliriksə, onda halal olsun bizlərə.

Xoşbəxtlik harada başlayır?

Deyilənə görə, ürəkdə və gözlərdə başlayır və sanki yoluxucudur. İnsan şirin-şirin baxan gözlərdən, arxasından edilən bir neçə gözəl sözdən təsirlənməz mi?

Xoşbəxtliyin birdə ayrılmaz parçası vardır – Pozitivlik. Xoşbəxt olmaq və müsbət olmaq bir-birlərindən ayrılmayan anlayışlardır. Müsbət olan kəslər ümumiyyətlə xoşbəxtdir, xoşbəxt olanlar da həyata həmişə müsbət baxarlar, ətraflarında sevilib sayılırlar.

Bütün bunlar xoşbəxt olmağa yetməzmi?

Əlçatmaz şeyləri xəyal edib bədbəxt olmaqdansa, əlimizdəki dəyərlərin qiymətini bilmək lazımdır. Hər şərdən bir xeyir çıxarmalı, hər an özümüzə və ətrafımıza müsbət olaraq yanaşıb, həyatı müsbət hala gətirməliyik.

Ən qiymətli dəyərlərimiz – ailəmiz, sağlamlığımız, işimiz, qürurumuz..

Ən qiymətli sərvətimiz olan yuvamızı, xoşbəxt olmağı bilərək qoruyaq. Çünkü yuvanı qurmaq çox çətin, amma yıxmaq çox asandır. Unutmayaq ki, xoşbəxt bir yuvada böyüyən uşaqlar gələcəkdə də xoşbəxt bir fərd olarlar.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN