Subaylıqdan zövq almaq üçün ...

0
1978
Subaylıqdan zövq almaq üçün ...

 Yalnızlıq düşündüyünüz qədər də sıxıcı və darıxdırıcı deyil. Əgər dadını çıxara bilsəniz, yalnızkən də xoşbəxtliyin mümkün olduğunun fərqinə varacaqsınız. Belə bir dövrdə sizə təklif edəcəklərimizi sınayıb, subaylığınızdan zövq ala bilərsiniz.


Təkliyinizi qiymətləndirin
 
Təklik qorxudar. Buna görə ümumiyyətlə cütlər əlaqələri pis getsə də ayrılmağa cəsarət edə bilməzlər. Halbuki tək başınıza keçirəcəyiniz zamanı qiymətləndirə bilərsiniz. Bu müddət ərzində, özünüzə vaxt ayıra bilər, yeni bir hobbi əldə edə bilər, yemək hazırlaya bilər, gözəl bir kitab oxuya bilər və özünüzü kəşf edə bilərsiniz. Təkkən də yaxşı vaxt keçirə biləcəyinizi və hətta bunun bir ehtiyac olduğunu unutmayın.

Açıq olun
 
İnzivaya çəkilməkdən imtina edin. Televiziya, DVD, internet ya da evcil heyvanınızla vaxt keçirmək gözəl amma özünüzü bağlamaq sizi depresiyaya sürüyə bilər. Düşüncələrə dalmaq yerinə, yoldaşlarınızla əlaqələrinizi inkişaf etdirin, qonaqlıqlar təşkil edin. Baxımlı olun, çölə çıxın və gülümsəyin. Bütün bunların nəticəsində sizi təsir etmək üçün yanına yaxınlaşanlar olduğunda heç çaşmayın, çünki buna dəyərsiniz!

Eqoist olun
 
Özünüzü düşünün. İstəkləriniz, məqsədləriniz nələr? Uzun zamandır etmək istədiyiniz bir şey varmı? Özünüzü kəşf etməniz və arzularınızın üzərinə sıxlaşmanız üçün mükəmməl bir zaman. Prioritetlərinizi təyin edin və heç bir şeyin xoşbəxtliyinizin qabağına kəçməsinə icazə verməyin.

Həyatdan zövq alın
 
Xoşbəxtlik sizin haqqınız və əylənmək üçün bir cüt olmağa ehtiyac yoxdur. Gözəl bir mənzərənin dadını tək başınıza da çıxara bilərsiniz. Təksiniz deyə təbiə
tin gözəlliklərindən özünüzü məhrum etməyin.

İctimai təzyiqi güc gəlin
 
"Eee nə vaxt evlənirsən?" kimi suallar, ağrıyan baxışlar olduqca narahat edici. Özünüzü ifadə etməyə çalışmaqdan bezdiyinizi bilirik. Yalnız bunu bilin, sizinlə eyni vəziyyətdə milyonlarla insan var və bədbəxt bir cüt olmaqdansa xoşbəxt bir subay olmaq hər vaxt daha yaxşıdır.

ŞƏRH YAZIN