Tənbəllik

0
2556
Tənbəllik

İnsanı vaxtından əvvəl əldən salan şey varsa, o da tənbəllikdir.

İki əsas günah var ki, digər bütün günahlar bundan meydana gəlir: Səbrsizlik və tənbəllik.
 
İnsanlar tənbəl deyil, sadəcə özlərində ilham qaynağı meydana gətirəcək qədər güclü məqsədləri yoxdur.
 
Tənbəllik, uğurun ilk düşmənidir.
 
Tənbəllər hər zaman bir şey etməyə həvəslənərlər.
 
Vaxtında bir addım atmayan tənbəl, sonradan yüz addım atmaq məcburiyyətində qalar.
 
Tənbəl insan, şeytanın oyuncağıdır.
 
Tənbəl adam hər zaman “edəcəm” deyər, halbuki “edirəm” deməyi lazımdır. Çünki gələcəyi doğuran işdir.
 
Çalışmaq, insanın gerçək tərbiyəsidir.Tənbəllik həm bədənə, həm ruha, həm də şüura zərər verir.
 
Tənbəllik haqqında necə də yerində və doğru söylənmiş bir sözlərdir.
 
Tənbəllik etmək, bizi hər zaman geriyə atan bir haldır.Tənbəllikdən qurtulmağın yollarından biri, hərəkətə keçməkdir. Hərəkətə keçmək üçün hanısa bir motivasiya gözləməyin. Siz hərəkətə keçin, motivasiya da gələcək. Bizi nəyisə etməkdən saxlayan yeganə şey, onu etməməyimizdir.
 
Pessimist ruh halı, psixoloji narahatlıqlar, zehnin qarışıq olması, motivasiya əskikliyi, nizamsız həyat tənbəlliyin yaranmasına səbəb olur. Tənbəllik etməyimizə səbəb olan şeylər arasında, sözsüz ki, yorğunluq, enerjisizlik, halsızlıq, ərincəklik də var.. Buna görə də tənbəllikdən qurtulmaq üçün həyat tərzimizə də göz atmaq lazımdır. Hərəkətsizlik, günün böyük qismini oturaraq keçirmək, ekranlardan limitsiz istifadə, düzgün qidalanmamaq, kifayət qədər su içməmək, kifayət qədər yatmamaq, günün böyük bir qismini havasız mühitlərdə keçirmək də tənbəlliyə gətirib çıxaran ünsürləri yaradır.
 
Bir işə başlamağın yeganə yolu, o işə dərhal, indi başlamaqdır. Hadisələrə “indi” eynəyi ilə baxıla bilsə, o işin edilə bilməsi, insan üçün daha asan bir hal alır. Lakin “başqa bir gün”, “bir ara”, “sonra” eynəkləri ilə baxıldığında çox vaxt iş nəticəsiz qalır, hətta o işə heç başlanılmır. Bir işi etməyə başlamaq üçün gözləməyin, o anda edin, tənbəlliyə fürsət verməyin, həyatınıza girməsi üçün qapı açmayın.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN