Uğur yolunda əzmkar və iradəli olun!

0
5144
Uğur yolunda əzmkar və iradəli olun!

Əzmkarlıq nədir?

Əzmkarlıq uzunmüddətli məqsədləri həyata keçirə bilmə və çətinliklər qarşısında tab gətirmə üçün olan bir hazırlıqdır. Araşdırmalar göstərir ki, əzmkar insanlar öz həyatları ərzində daha çox təhsil alır və onların məktəb və universitetdə orta bal göstəriciləri daha yüksək olur. Əzmkarlıq West Point-də ilk canüzücü ildən sonra hansı kursantın davam gətirə biləcəyini öncədən xəbər edən bir nüansdır

Yaxşı xəbərlər odur ki, əgər siz hal-hazırda əzmkar deyilsinizsə, siz bu istiqamətdə nə isə edə bilərsiniz. Əzmkarlığı kifayət qədər olmayan insanlar, sadəcə uğur qazanmaq üçün lazım olan keyfiyyətlər ilə doğulmadığına inanan insanlardan daha çoxdur. Əgər sizdə də özünüz haqqında belə fikir varsa, nə etmək olar, ən sadə dillə desək siz yanılırsınız.

Mən həmişə deyirəm ki, səy göstərmək, planlama, davamiyyət və yaxşı düşünülmüş strategiyalar insanı uğura aparan əsl amillərdir.  Bu biliyi dərk etməniz sizə nəinki özünüzü və hədəflərinizi daha yaxşı görmək imkanı verəcək, o həmçinin əzmkarlıq istiqamətində də möcüzələr yaradacaq..

İradə gücdürsə, siz onun əzəllələrini yaratmalısınız

Sizin özünə-nəzarət “əzələniz” vücudunuzda olan digər əzələlər kimidir, onu çalışdırmadıqda, o da vaxt ötdükcə digərləri kimi zəifləyər. Lakin siz ondan yaxşıca istifadə edərək arada bir isinmə hərəkətlərinə yer versəniz, o getdikcə daha da qüvvətli olacaq və sizin öz məqsədlərinizə müvəffəqiyyətlə çatmanıza daha çox yardım edə biləcək.

Özünüzdə iradə qüvvəsi yaratmaqdan ötrü, adi vaxtlarda öz vicdanınızın səsi ilə etməyəcəyiniz şeylərə meydan oxuyun.

Yağla zəngin olan qəlyanaltılardan imtina edin, gündə yüz dəfə oturub-durma hərəkəti edin, özünüzdə sütülləşmə hiss etdikdə belə dik dayanın və yeni bir bacarıq əldə etməyə çalışın. Siz hiss etsəniz də ki, təslim olmaq, daha narahat olmamaq istəyirsiniz və davam etməyə gücünüz çatmır, bunu etməyin. Əvvəlcə qarşınıza yalnız bir hədəf qoyun və onunla bağlı ortaya çıxacaq problemlərin həllinə dair planlar qurun. “Hətta qəlyanaltı üçün ürəyim getsə belə mən bir neçə dilim təzə meyvə və ya üç qurudulmuş meyvə yeyəcəyəm”. Başlanğıcda bu çox çətin olacaq, lakin getdikcə asanlaşacaq və əsas da budur. Gücləriniz artdıqca isə siz öhdənizə daha bir vəzifə götürərək, özünə-nəzarət tətbiq edərək idmanla da məşğul ola bilərsiniz.  

 

ŞƏRH YAZIN