Xoşbəxt İnsanların Ortaq Nöqtələri ...

0
2110
Xoşbəxt İnsanların Ortaq Nöqtələri ...

Əlbət ki, hər kəsin tərgidə bilmədiyi bir vərdişi var. Amma bir də xoşbəxt insanların vərdişləri var ki, bu hər kəs üçün maraqlı olar. Aparılan araşdırmalarda,özlərini xoşbəxt hiss edən insanların ortaq nöqtələri araşdırılıb:  

1. Xoşbəxt insanlar parka gedər.
Araşdırma, yaşıllıq sahəsi daha çox olan şəhərlərdə yaşayanların,insan quruluşu binalardan bir qəfəsdəki kimi yaşayanlardan daha xoşbəxt olduğunu göstərir. Yaşıl sahələrin verdiyi "xoşbəxtlik" hissinin,adamın evləndiyi gün hiss etdiyi xoşbəxtliyin 3-də birinə qədər çata bildiyi ifadə edilir. Başqa bir araşdırmaya görə,bir təbiət parçası içində yalnız 5 dəqiqə keçirmək belə adamın özünə inamını artırır.

2. Xoşbəxt insanlar İskandinav ölkələrində yaşar.
BM 'nin Dünya Xoşbəxtlik Hesabatına görə,Danimarka dünyanın ən xoşbəxt ölkəsidir. Onu Norveç, İsveçrə, Hollandiya, İsveç və Kanada izləyir.

3. Hyggedən imtina etməzlər.
Bir termindir. Bir çox dildə bir qarşılığı yoxdur,bu terminin. Bəzən keflə qarışdırılır. Danimarkalıların uzun, qaranlıq, yorucu qış gecələrinə baxmayaraq,dünyanın ən xoşbəxt insanları olmalarını təmin edən odur. Bəzən səmimiyyət, təşəkkür və ailəni xatırladan anlayışlarla təsvir edilir. '365 gün davam edən bir yeni il gecəsi' deyənlər var. Adamın içində olduğu mühitə dair tam bir fərqlilik içindəykən hiss etdiyi dostluq, şəfqət, tamlıq və dinclik hissi... 

Hygge bəzən bir zaman aralığında ortaya çıxır; Bir həftə sonu, bir söhbət, bir tətil, həyatın bir dövrü. Bəzi insanlar, bəzi şəhərlər,xüsusilə kiçik şəhərlər, sevilən bir pub,hətta müəyyən bir divan belə onun ortaya çıxmasına vəsilə ola bilir.

4. Xoşbəxt insanlar sevdiyi işlə məşğul olar, sevmirsə işindən əl çəkər.
İşində xoşbəxt olan insanların həyatda da xoşbəxt olmaları sürpriz deyil. Ancaq Gallup'un araşdırmasına görə, işini sevən və dörd əllə sarılanların yüzdə 71-i özünü güclü və müvəffəqiyyətli hiss edir, işindən soyuyanlarda bu nisbət yüzdə 42-dir. Özünü güclü və müvəffəqiyyətli bilən işsizlərin nisbəti isə yüzdə 48-dir. Başqa bir deyişlə, işsizlər arasında özünü yaxşı hiss edənlərin nisbəti, sevmədiyi bir işdə qalanlardan daha yüksəkdir.

5. Xoşbəxt insanlar çiçək qoxulayar.
Çiçək qoxularının insan davranışlarının üzərindəki təsiri bir çox araşdırmalarda var. Çiçək qoxulu otaqlarda müqəddəslik və dostluq hissləri çoxalır. Rutgers Universiteti araşdırmaçılarından Jeannette Haviland-Jones, "Çiçək qoxuları sizi xoşbəxt edə bilər, ictimai qarşılıqlı təsiri artırar" deyir.
 
6. Xoşbəxt insanlar toz-torpağa bulanar.
Britaniyada edilən tibbi araşdırmalara görə,torpaqda olan 'dost' bakteriyalar, immunitet sistemini gücləndirir, beyində serotonin ifrazatını artırır və depressiyadan xilas olmada köməkçi olur.

7. Məşq edərlər.
Bunu eşitmək istəmiyə bilərsiniz, ancaq qorxacaq bir şey yoxdur. Məşq,qan-tər içində marafon qaçmaq deyil. Orta yaşlı qadınlar üzərində aparılan araşdırmaya görə,'orta səviyyədə' məşq edən qadınlar, məşq sonrasında ağır məşq edən qadınlardan daha xoşbəxt, daha enerjili və yaxşı hiss edir.

8. Xoşbəxt insanlar xoşbəxtliyi beyninə salmaz.
Təəssüf ki, bir də belə araşdırma var: Xoşbəxt olmağı əhəmiyyət verən qadınlar bu anlayışı çox düşünüb,daha bədbəxt və depressiv olmazlar. Araşdırma qrupundan Iris Mauss, "Xoşbəxt olmağa çalışmaq sizi bədbəxt edə bilər. Görünüşə görə inad və israrla xoşbəxtlik axtarmaq, insanı öz bədbəxtliyinə aparır" deyir.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN