Xoşbəxt Olmaq Istəsən ...

0
1925
Xoşbəxt Olmaq Istəsən ...

Xoşbəxt olmaq bir təsadüf və ya bir möcüzə deyil. Xoşbəxt olmaq üçün bir şeylər etməli, özünü xoşbəxt edəcək şeylər tapmalısan.

Xoşbəxt olmaq istəsən, əvvəl özünü sevəcəksən və özünə dəyər verəcəksən!

Xoşbəxt olmaq istəsən, içindəki mənfi düşüncələrdən təmizlənəcəksən!

Hər səhər qalxdığında nəfəs ala bilir və yaşayırsansa, şükür edəcəksən!

Xoşbəxtliyinizi bir şeyə ya da bir şeylərə bağlamayın! Bu olsa xoşbəxt olaram deməyin. O zaman xoşbəxt olmaq üçün bəlkə də çox gözləyəcəksiniz və bu müddət içində bədbəxt olacaqsınız. Gözlədiyiniz şey bəlkə də heç olmayacaq, bir ömür bədbəxtliyə məhkum olacaqsınız? Fərz edək oldu, onda yalnız o an xoşbəxt olacaqsınız. İnsanoğlunun istəkləri bitməz. Buna görə də əsla xoşbəxtliyinizi bir şeylərə bağlamayın. Mən xoşbəxt olmaq istəyirəm deyin və şükür edin, özünüz sevin və səhvlərinizi bağışlayın.

Özünüzə dəyər verin. O zaman hər şeyə gülümsəyərək baxacaqsınız, özünüzü sevdikcə ətrafınızdakıları da sevəcək və sevgi paylayacaqsınız.

Yaradanın yaratdığı hər şeyi sevin, heyvan, ağac, çiçək, uşaq, yoldaş, ana-ata, qardaş, dost və qonşular hər kəsi səhvlərinə baxmayaraq sevin.

Kimsədə qüsur axtarmayın və qüsurları yaymağa deyil, örtməyə alışın.

Özünüzü sevdikcə ümidləriniz yaşıllaşacaq, xəyallarınız gözəlləşəcək, yaşamaqdan zövq alacaqsınız.

Özünüzə yaxşı baxın və özünüzü sevin, özünüzə dəyər verin, gələcək qorxulara görə bu günü yaşamağı unudanlardan olmayın!

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN