Xoşbəxtlik Məsuliyyətiniz Olsun!

0
2166
Xoşbəxtlik Məsuliyyətiniz Olsun!

Bir hədəfin olduqdan, ona çatmağı sidq ürəklə arzuladıqdan  və təbii çalışdıqdan sonra sən uğuruna doğru addımlamış sayılırsan. Bu yolda motivasiya da şərtdir. Çünki bacarmağınıza kömək edər, məqsədlərinizi reallaşdırmağınızı təmin edər və problemləri keçməkdə açardır. 

Hər şeydən əvvəl bunu söyləməliyik ki, həyat başlı başına bir məqsəddir. Heç bir şəkildə bir məqsədə aparan bir vasitə ola bilməz. Və söz mövzusu olan insan həyatıdırsa, insanı da eyni müstəvidə ələ almağımız lazımdır. 

Bəli, insanın özü də başlı başına bir məqsəddir. Əlbəttə ki, cəmiyyət həyatı da müştərəkdir. Amma bunun mənası başqaları üçün öz həyatımızdan və ideallarımızdan imtina etməyimiz lazım olduğu demək deyil. Yəni insan nə olursa, olsun öz həyatını yaşamalıdır. İlk baxışda eqoist görünən bu düşüncə, şəxsən həyatın təməlini meydana gətirir. 

Hər insan özünü düşünən olsaydı, birinin bir başqasını düşünməyinə gərək qalmazdı. Əlbəttə insanların çətin zamanlarında köməyə ehtiyacı var və gözləyirlər. Bu heç bir zaman bu söylədiklərimizə əks olmaz. Çünki həyat bir bütündür. Özümüzü düşünərkən bir bütün olaraq düşünməliyik. Bizim də çətin zamanlarımızın ola biləcəyini düşünərək köməkləşməliyik, lakin bunun tarazlığını yaxşı qurmaq lazımdır. Cəhənnəmin divarları yaxşı niyyət daşlarından hörülmüşdür. 

Bu düşüncə ilə yola çıxaraq əlbəttə ideal bir insan, ya da ideal davranışın tərifini edə bilmərik, nəyin yaxşı, nəyin pis olduğunun ayrı-seçkiliyinə çata bilərik.

Bəli, insanın özünü xoşbəxt etməyi bir məsuliyyətdir. Çünki xoşbəxt olmağı bacarmaq insan olmağı bacarmaq deməkdir.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN