Xoşbəxtliklə Bağlı Bunları Bilirsinizmi?

0
2746
Xoşbəxtliklə Bağlı Bunları Bilirsinizmi?

 1. Xoşbəxt olmaq üçün açar: zövq almağı bacarmaq (ilk növbədə işinizdən, çünki biz vaxtımızın çox hissəsini işdə keçiririk, özümüzü ən çox işə sərf edirik), özünü lazımlı insan kimi hiss etmək və həyatda məqsədi olmaq (burada sizə din və fəlsəfə kömək edə bilər), sosial olmaq (dostlar və ailə) , öz həyatını nəzarətdə saxlamaq.

Yuxarıda sadalananlar sırasında ən az diqqət yetirilən nüans diqqətin azlığıdır. Köməksizlik hissi, çarəsizlik bütün bir ölkənin əhalisini bürüyə bilər və bu insanın ömrünün uzunluğuna olduqca mənfi təsir göstərir.

2.  Fiziki məşğələlər və din çox effektivdir, çünki onlar mütəmadi olaraq bizi kiçik xoşbəxtlik porsiyaları ilə təmin edirlər.
 
3.  Gəlirlərin səviyyəsi müəyyən bir həddə çatdıqdan sonra (ABŞ-da 80 min dollar) pul insana daha xoşbəxtlik gətirmir. Əksər insanlara o qədər də böyük miqdarda pul lazım deyil, onlar üçün sadəcə pullarının qonşudan bir az daha çox olması kifayət edir.

4.  Qarşınıza ambisiyalı məqsədlər qoyun və həmişə hər hansı bir işlə məşğul olun. Bikarçılıq insanın əhval ruhiyyəsini çox tez korlayır. Xatırlayın, sizin iş günləriniz necə zəngin və al-əlvan olur, istirahət günləri isə sizi necə boşluq hissi bürüyür.

5.  Gülümsəyin, hətta sizə çox da şən olmasa və hətta yanınızda heç kəs olmasa belə. Əzələləriniz beyninizə siqnal ötürəcək və siz özünüzü doğrudan da yaxşı hiss edəcəksiniz.

 

 Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN