Özünə Dəyər Qatmaq İstəyirsən?

0
4501
Özünə Dəyər Qatmaq İstəyirsən?

 Nə qədər xoşbəxt olsan, bir o qədər çəki yığarsan. Bəli bəli. Sözümüzün canı var.  

 
Tədqiqatçılar yeni evlənənlərin həyatlarını dörd il boyunca izləyiblər. Məlum olub ki, ailədə xoşbəxt olanların artıq çəki ilə bağlı problemləri yaranır. Yəni insanlar ailədə nə qədər xoşbəxtdirlərsə, artıq çəki yığmaq təhlükələri bir o qədər çoxdur. 

Dallas Universitetinin tədqiqatçıları ailə xoşbəxtliyinin insan çəkisinə nə dərəcədə təsir etdiyini araşdırıblar. Bunun üçün tədqiqatçılar 169 nəfər yeni ailə quran cütlük seçiblər. Seçilmiş cütlüklərdəki ərlərin orta yaşı 25, qadınların isə 23 olub. Bu araşdırma da təsdiq edib ki, insanlar nə qədər xoşbəxtdirlərsə, çəkiləri də bir o qədər çoxdur. 

Bəs bu tendensiya nə ilə əlaqədardır? Alimlər bu halı belə izah edirlər: xoşbəxt olmayan ailələrdə insanlar boşanmaya yaxın olduqlarını düşünürlər. Bu səbəbdən onlar formalarını qoruyurlar ki, yeni münasibətlər yarada bilsinlər. Xoşbəxt adamlar isə şüuraltı olaraq hesab edirlər ki, ər və ya arvad axtarışına artıq son verilib.

ŞƏRH YAZIN