Bəzən dostlarımıza yetərincə diqqət göstərmir, dostluğumuza sahib çıxa bilmirik. Həmdərd olmağın məharətlərindən biri də budur ki, insan ehtiyacı olan dostuna kömək edər. Əgər kömək etmək istəyirsinizsə, ancaq haradan başlayacağınızı bilmirsinizsə, bilin ki, dostunuza ilk növbədə qulaq asmalısınız. Onun ehtiyaclarını dinləyib, sonra ona yardım etməlisiniz.
Yaxşı dost öz dostu üçün elə şərait yaratmalıdır ki, dostu ona rahat ürək sözlərini deyə bilsin. Bu zaman dostunuzun sirrini saxlayın və onun etimadını qazanın. Bəzi tövsiyyələr vardır ki, onlara nəzər salaq:
1. Onunla maraqlandığınızı ona bildirin
Əgər dostunuz belə fikirləşir ki, köməyə ehtiyacı yoxdur, ancaq siz yenə də onunla maraqlanın və onu himayə edin.
2. Ona deyin ki, kömək etmək istəyirsiniz
Bəzi insanlar kömək diləməyi sevmirlər. Bu, onlar üçün çətin bir işdir. Onlar başqalarına əziyyət veməyi xoşlamırlar. Siz ona bildirin ki, ondan nigaransınız və ona kömək etmək istəyirsiniz.
3. Ona diqqətlə qulaq asın
Əgər dostunuz sizə olan ehtiyacına görə sizə gəlirsə, sözlərinə diqqətlə qulaq asmağa çalışın.
4. Qoyun, dostunuz ürəyini boşaltsın
Ona sual verin ki: “Bilirəm ki, problemin vardır, əgər danışmaq istəsən, qulaq asaram”. Belə yanaşma ona kömək edəcəkdir ki, ürəyini sizə açsın.
5. Sirrini saxlamağa çalışın
Əgər dostunuz öz problemini sizinlə bölüşübsə, onu başqalarına söyləməyin.
6. Öz məhdudiyyətlərini tanıyın
Əgər dostunuz yanlış yoldadırsa, ona yardım etməyə çalışın. Bu sahədə mütəxəssislərlə məsləhətləşin.
7. Qarşı tərəfi tənqid etməkdən çəkinin
Məsələn, ona deməyin ki, mən səninlə razı deyiləm. Çalışın müştərək nöqtələr tapasınız.
8. Qarşı tərəfin etimadını cəlb etməyə çalışın
Əgər dostunuza sevgi və məhəbbət göstərsəniz, onun etimadını qazana bilərsiniz.
9. Heç bir zaman öz fikrinizi ona yeritməyin
Həqiqət həmişə həqiqətdir. Təkid etmək yerinə təklif verin və öz nəzərinizi təklif şəklində söyləyin. Yaxşı olar ki, “mənim nəzərimə görə”, “fikrimcə” kimi sözləri cümələnizdə işlədəsiniz.
10. Onun ruhiyyəsini zəiflədəcək cümlələrdən çəkinin
O zaman ki, dostunuz sizinlə dərdini bölüşür, sizi özünə məhrəm bilir, sadəcə ona qulaq asın. Qazilik etməyin. Lazım olan yerdə onunla həmdərd olun və onun səhv edə biləcəyi yerlərdə ona yardım etməyə çalışın.