5 Addımla Utancaqlığı Geridə Qoy

0
2497
5 Addımla Utancaqlığı Geridə Qoy

Gündəlik həyatımızda qarşılaşdığımız insan xüsusiyyətlərindən biri də utancaqlıqdır. Qadın və kişilərin ortaq yaşadığı bu psixoloji problemin ölçüsü bəzən hədləri belə aşa bilər. Mütəxəssislərin utancaqlığı məğlub etmənin yolları ilə əlaqədar açıqlamış olduqları məlumatları sizlər üçün paylaşırıq:

Mənfi düşüncələri silin;
Biriylə tanış olduğunuz anda içinizi mənfilik örtür, "Səhv bir şey deməməliyəm, ya lağ etsə?" kimi başınızı qarışdıran düşüncələr, tənqid olunma və ya lağ edilmə qorxusu sizə maneə törədir.

Bütün bu düşüncələri yaxşıca araşdırın və obyektiv bir şəkildə nəzərdən keçirin. Həqiqətən ən kiçik səhvinizi gözlədiyinə inanırsınız? Həqiqi olun, sizi sıxıcı biri kimi görsə,sizinlə söhbət etməz.

Sakit olun;
Həyəcanlandığınızda hisləriniz sizi ələ keçirir və bütün idarənizi itirirsiniz. Buna bir son verin! Rahatlayın, sakit tərəfindən nəfəs alın və üzərinizdəki təzyiqi uzaqlaşdıracaq bir şeylər düşünün.

Özünüzü sevməyi öyrənin;
Utancaqlıq özünə inam əskikliyindən qaynaqlanar. Başqalarının qarşısında özünüzü ifadə etməyə çəkinmənizin səbəbi özünüzü darıxdırıcı ya da buna  bənzər şəkildə hiss etməniz ola bilər. Yəni, bu demək olur ki, özünüzü kifayət qədər sevmirsiniz. Özünüzə olan baxış bucağınızı dəyişdirsəniz, hər şey daha yaxşılığa doğru gedə bilər. Güclü olduğunuz istiqamətlərinizi sıralayın və ağlınızdan heç çıxarmayın.

Qorxularınızın üzərinə gedin;
Unutmayın, öhdəsindən gələcəksiniz. Kiçik addımlarla irəliləyin. Məsələn, tanımadığınız birinin yanından keçərkən başınızı önə əymək yerinə, gülümsəyərək keçməkdən başlaya bilərsiniz.

Lazımdırsa, kömək alın;
Əgər bu sadə tövsiyələr kafi olmursa, bir mütəxəssisə müraciət edin. Sizə fərdi inkişafınızda güvən qazanmanıza köməkçi olacaq.
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

 

ŞƏRH YAZIN