Qərarın Gücü Dəyişmənin Gücüdür!

0
2451
Qərarın Gücü Dəyişmənin Gücüdür!

 Hər birimiz yeni nəticələr əldə etmək üçün yeni tədbirlər görmək məcburiyyətində olduğumuzu bilirik. Hər birimiz də bütün addımlarımıza bir qərarın hökmranlıq etdiyini anlamaq məcburiyyətindəyik. Qərarın gücü dəyişmənin gücüdür. Həyatımızdakı hadisələrə hər zaman nəzarət edə bilmərik, lakin bu hadisələrlə əlaqədar olaraq nə düşünəcəyimizə, nəyə inanacağımıza, nə hiss edəcəyimizə və nə edəcəyimizə nəzarət edə bilərik. Həyatımızın hər anında, qəbul etsək də, etməsək də yeni seçimlərimizin, yeni addımlarımızın və yeni nəticələrimizin səbəbinin yalnız bir və ya iki qərara bağlı olduğunu xatırlamalıyıq. Nəticədə gələcəyimizi; həyat şərtlərimiz deyil, verdiyimiz qərarlar müəyyən edir.

Bu gün necə yaşadığınız kiminlə vaxt keçirməyə, nəyi öyrənib nəyi öyrənməməyə, nəyə inanmağa, nələrdən imtina etməyə, nələrdə qərarlı olmağa, evlənməyə, uşaq sahibi olmağa, siqaret ya da içki içməyə, kim olduğunuza və hansı qabiliyyətlərə sahib olduğunuza bağlı verdiyiniz qərarların bir nəticəsidir və həyatımız bunlar tərəfindən idarə edilir və istiqamətləndirilir. Səmimi olaraq həyatlarımızı dəyişdirmək istəyiriksə; nə üçün var olduğumuza, nə edəcəyimizə və özümüzü nəyə həsr edəcəyimizlə bağlı yeni qərarlar vermək məcburiyyətindəyik.

Qərar dedikdə, gerçək və şüurlu bir seçimi izah etmək istəyirik. Bir çox insan "Bir az çəki atmağa qərar verdim." deyər. Bu çox ümumi və kifayət qədər diqqətəçarpan deyil. Onlar yalnız seçimlərini ifadə edirlər. Digər bir izahla, "Daha incə olmaq istəyirəm" deyirlər. Həqiqi bir qərar üzərində çalışmağa başladığımız məsələ xaricindəki bütün ehtimalları kəsdiyiniz, geriyə doğru baxmadığınız, imtina etdiyiniz alternativləri ağılınıza belə gətirmədiyiniz zaman verilmiş olur.

Bir dəfə qərar verdikdən sonra imtina etməyən, gerçək qərar gücünü anlayan bir insandan nümunə vermək istəyirəm. Bu insan Honda avtomobil və motosikletlerini istehsal edən Honda şirkətinin qurucusu Sohichiro Hondadır. Cənab Honda faciəyə, problemlərə, çətinliklərə və dilemmaya əsla icazə vermədi və ətraf şərtlərini yalnız öz yolunda irəliləmək üçün istifadə etdi. Həqiqətən də cənab Honda, yoluna çıxan çox böyük maneələri yarışda məqsədinə çatmaq üçün qoyulan maneələr olaraq görməyə qərar verdi.

1938-ci ildə cənab Honda hələ məktəbdə şagird ikən, sahib olduğu hər şeyi bir kiçik atelyeyə yatırmış, kolsalarla (maşın hissəsi) bağlı öz başında olan fikri inkişaf etdirməyə çalışmışdır. İşlərini Toyota şirkətinə satmaq istədiyi üçün gecə-gündüz çalışmış, dirsəklərinə qədər yağlara batmış, o atelyedə yatıb qalxmış, nəticə alacağına olan inancını heç bir zaman itirməmişdir. İşini davam etdirə bilmək üçün hətta həyat yoldaşının ləl-cəvahiratlarını belə girov qoymaq məcburiyyətində qalmışdır. Amma sonunda kolsaları tamamlayıb Toyotaya təqdim etdiyi zaman bunların Toyota standartlarına uyğun gəlmədiyi deyilmişdir. Onu iki illiyinə məktəbə yolladıqları zaman da müəllimləri ilə yoldaşları ona gülər, dizaynlarının çox axmaq şeylər olduğunu söyləyərmişlər.

O xəyal qırıqlığına uğramışdı? Əlbəttə. Qəpiksiz qalmışdı? Bəli. Lakin imtina etdimi? Əsla.

Amma o, bu təcrübənin uğursuz alındığına fokuslanmadı, əksinə, məqsədinə olan konsentrasiyasını davam etdirmişdir.

Sonrakı iki ilini də daha yaxşı kolsa hazırlamağın bir yolunu tapmaq üçün sərf etdi. O müvəffəqiyyətin açarı düsturuna sahib idi:

I. Nə istədiyinə qərar verdi.

II. Hərəkətə keçdi.

III. Planı bilmədikdə belə, nələrin işə yarayıb yaramadığına diqqət etdi.

IV. Yanaşmasını dəyişdirməyi davam etdirdi. Arxasından getdiyi şeylərin yolunda elastik olmağı bacardı.

Daha iki sonra Toyota ona xəyalındakı müqaviləni təqdim etmişdir. Əzmi ilə inanclarının nəticə göstərməsi nə istədiyini bildiyi, hərəkətə keçdiyi, nələrin yaxşı nəticə verdiyinə diqqət etdiyi, istədiyinə çatana qədər yanaşmasını davamlı dəyişdirdiyi üçün idi. Amma o sırada ortaya yeni bir problem üzə çıxmışdır.

O günlər Yapon hökumətinin döyüşə hazırlandığı günlər idi. Fabrikini qurmaq üçün ehtiyacı olan betonu ona vermədilər. Xəyalı təkrar suya düşdü. Heç kimin bir köməyi olmayacaq düşünürdü. Lakin imtina etdimi? Qətiliklə, xeyr. Bunun necə böyük haqsızlıq olduğuna cəmləndi? Arzusunu puç saydı? Əsla. Yenə təcrübələrindən yararlanmağa qərar vermiş, başqa bir strategiya inkişaf etdirmişdir. Öz komandası ilə birlikdə, öz betonlarını hazırlamaq qərarına gəldilər və etdilər də. Nəticə etibarı ilə, fabriki qurmağı bacardılar.

"Lakin gözlə, daha sonrası da var..."

Bu hekayə burada bitmir. Döyüş əsnasında o fabrik iki dəfə bombalanmış, istehsal müəssisələrinin əhəmiyyətli hissələri məhv olmuşdur. Bəs o zaman Hondanın cavabı nə olmuşdur? Komandasını toplamış, ABŞ ordusunun fırladıb atdığı benzin tənəkələrini yığmağa başlamışdır. Hətta bunlara "Prezident Trumanın hədiyyələri" deyə ad da qoymuşdur. Niyyəti isə, o şüşədə öz istehsalını xammal olaraq istifadə etmək idi. Döyüş zamanı Yaponiyada bu cür maddələr yox idi. Cənab Honda həyatın ona təqdim etdiyi hər şeydən istifadə etməyin bir yolunu tapırdı. Sonunda bütün bunları geridə buraxdığı zaman, bu səfər də bir zəlzələ fabrikini yerlə yeksan etmişdir. Honda da o sırada porşen əməliyyatını Toyotaya satmaq məcburiyyətində qaldı.

"Allah bir digər qapını açmadan, heç bir qapını bağlamaz deyiblər. Bu səbəblə həyatın bizə təqdim edəcəyi yeni imkanları görmək üçün, daim oyaq olmalıyıq..."

Döyüşdən sonra Yaponiyada qorxunc bir benzin qıtlığı başladı. Cənab Honda ailəsi üçün qida almağa belə avtomobiliylə gedə bilməz hala gəldi. Sonunda çarəsiz qalan cənab Honda velosipedinə kiçik bir mühərrik qoşdu. Ardınca qonşuları "Bizə də elə motorlu velosiped hazırlaya bilərsənmi?" deməyə başladılar. Bir, iki deyərkən sonunda Hondanın əlindəki mühərriklər tükəndi. O zaman da yeni icadı üçün motor hazırlayacaq bir fabrik qurmağa qərar verdi, amma təəssüf ki, əlində sərmayəsi yox idi və Yaponiya parçalanmışdı. Bəs fabriki necə quracaqdı?

"Qərar verdiyimiz anlar, gələcəyimizin formalaşdığı anlardır."

Eynilə daha əvvəl etdiyi kimi, bu səfər də bir yolunu tapmağa qərar verdi. Yaponiyadakı 18.000 velosipedçi dükanına bir məktub yazdı, icadının gətirəcəyi hərəkətliliklə Yaponiyaya yenidən həyat verə biləcəklərini söylədi. İçlərindən 3.000 dənəsi ona istədiyi sərmayəni verməyə razı oldu. Bu vəziyyətdə o müvəffəqiyyətli oldu deyilmi? Xeyr! Etdiyi motorlu velosipedi ancaq əzmli velosiped sevərlərə sata bilirdi, çünki bunlar çox böyük, çox ağır şeylər idi. Bu vəziyyətdə Honda nəyin işə yaramadığını təkrar araşdırdı və imtina etmək yerinə, yanaşmasını dəyişdirdi. Motosikletin daha yüngül, daha incə və daha kiçik modelini hazırlamağa qərar verdi. Yeni məhsuluna isə, "Super Cub" adını verdi.

Bu bir gecədə yaranan bir müvəffəqiyyət olaraq qəbul edildi və hər kəs ona baxaraq belə bir fikrə sahib olduğu üçün nə qədər şanslı olduğunu düşündü. Ona İmperatorluq Nişanı verildi.

"Şanslı idimi? Bəlkə. Şans doğru məlumatla xərclənən əməkdirsə, şanslı idi."

Daha sonra motosikletlerini Avropa və Amerikanın yeni nəsil uşaqlarına istiqamətli olaraq ixrac etməyə girişdi. Yetmişinci illərdə artıq o, avtomobilləri ilə ortaya çıxdı.

Bu gün Honda şirkəti ABŞ və Yaponiyada 100.000  işçi çalışdırmaqdadır. Yaponiyanın ən böyük avtomobil istehsalçılarından biri sayılır. ABŞ daxilindəki satışları da Toyotodan daha çoxdur. Çünki Honda əsla imtina etməmişdir. Bu müvəffəqiyyət bir insanın şərtlər nə olursa olsun, bir qərara davamlı bağlı qalıb onu tətbiq etməkdəki dəyəri və gücü anlaması sayəsində reallaşmışdır.

O, problemlərin ya da şərtlərin yoluna mane olmasına əsla icazə verməmişdir. İnsan bütün varlığı ilə özünü həqiqətən bir məqsədə həsr etsə, bacarmağın daim bir yolunu tapacaqdır!

 

ŞƏRH YAZIN