Beyninizi cavan saxlamaq

0
4837
Beyninizi cavan saxlamaq

İnsan beyni haqqında çox şey yazılıb. Amma indi təqdim edəcəyimiz məlumatlar haqqında bəlkə də heç yerdə eşitməmisiniz. 

İnsanlarda üç fərqli xatırlama növü var. Bunlar uzun zaman ərzində unudulmayanlar, qısa vaxtda unudulanlar və duyğusal yaddaşdan ibarətdir. Uzun zaman unudulmayanları, hətta  kompüterin yaddaş kartı da hesab etmək olar. 

Araşdırmalara görə, insan beyni yeddi rəqəminə qədər baş verən hadisələri rahatlıqla xatırlaya bilir. Buna 7 hadisə, 7 kitab adı, 7 film və.sairi misal çəkmək olar. Hətta psixoloqlara görə insan beyni 7-yədək olan şeyləri yaxşı xatırladığına görə telefon nömrələri də 7 rəqəmli olur.  

Araşdırmalardan o da bəlli olub ki, beyin dörd rəngə qarşı daha həssasdır. Bunlar sarı, yaşıl, mavi və qırmızıdır. Beyin bu rənglərə qarşı daha diqqətli olur. Rənglərin cazibəsinə uyan gözlər dərhal beyinə siqnal ötürür ki, bu da beyinin ani aktivliyi ilə müşahidə olunur. 

Şüuraltı insandan daha ağıllıdır 

Beyin şüuraltı verdiyi qərarlarda heç vaxt yanılmır. Uzun zaman düşünülən qərarlarla müqayisədə, adətən, şüuraltına söykənərək verilən ani qərarlar daha effektli olur.

Zehni işlər nə qədər yorucu görünsə də…

Zehni işlər yaddaş pozğunluğu, gec qavrama kimi halların qarşısını alır. Elm adamlarının fikrincə, beyinin çox işləməsi insanı ruhi baxımdan gücləndirir. 

Əhval yüksəldən alfa dalğası

Araşdırmalardan o da bəlli olub ki, dua edən insanların beynində əhvalı yüksəldən, inam yaradıcı alfa dalğası yaranır ki, bu da insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur.  

Özünüzdən ağıllı insanlarla danışmaq

İnsan beynini kəşf etməklə məşğul olan bir qrup araşdırmaçının fikrinə görə, özündən ağıllı insanla danışmaq beyinə xoş təsir bağışlayır. Üstəlik, çılğınlıq etmək beyinin daima gənc qalmasına səbəb olur. 

Araşdırma nəticəsində alimlər o qənaətə gəliblər ki, insan beyni bədəndən daha gec oyanır.

 

ŞƏRH YAZIN