Hər Şey Kiçik Addımla Başladı ...

0
2979
Hər Şey Kiçik Addımla Başladı ...

Kiçik nüanslara diqqət yetirin, hər şey elə ordan başlamırmı? Kiçik qığılcım, kiçik addım, kiçik uğur, kiçik damlalar...  Özümüz də həyata kiçik addımlarla başlamadıqmı? Ona görə kiçik deyib keçməyin!
Gözünüzə çox kiçik kimi görünən bir şey, böyük hadisələrə imza ata bilər. 
Kiçik başlanğıclar olmadan, böyük nəticələndirərin olması gözlənilə bilərmi? 
Kiçik damlalar doldurmazmı böyük çaydanları? 
Kiçik bir uşağın gözlərinin içindədir, əslində uzaq yerlərdə axtardığınız dinclik və xoşbəxtlik...
Böyük bir gəmini batırmağa yetər kiçik bir dəlik...
Durun və düşünün, kiçik xoşbəxtliklərin həyatınızı nə cür rəngləndirdiyini...
Kiçik möcüzələr deyilmi üzünüzü gülümsədən?
Kiçik bir addımdır, ətrafımızdakılarla qopmaz bağların meydana gəlməsini təmin edən...
Kiçik gülümsəmələrlə başlar atdığınız qəhqəhələr...
Kiçik bir toxumla başlar qoxusuna və görünüşünə doya bilmədiyimiz çiçəklər...
Bir kibritin o kiçik atəşi, içindəki bütün canlılarıyla bir meşəni yox edə bilər...
Kiçik ümidlərdir sizi həyata bağlayan...
Böyük sevgilərin ürəyində, kiçik paylaşmalar yatar...
Qaranlıqda kiçik bir işıq yolunuzu göstərə bilər...
Kiçik bir baxış böyük sevgilərə səbəb ola bilər...
Əhəmiyyətsiz sanılıb, yerinə qoyulmayan kiçik bir mismar, böyük fəlakətlərə səbəb ola bilər...
Edəcəyiniz kiçik bir şərh, qarşınızdakının sizi daha yaxşı anlamasını təmin edə bilər...
Alacağınız kiçik bir qərar, bütün həyatınızı dəyişdirə bilər...
Atdığınız kiçik parçalar deyilmi atəşi daha da alovlandıran?
Kiçik bir çatışmazlıq bütün planlarınızı və əməyinizi bir anda yox edə bilər!

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN