Hər Zaman 1 Şans Mütləq Var!

0
5825
Hər Zaman 1 Şans Mütləq Var!

İnsanların arzuları bitib tükənmir, amma ki, əksəriyyəti o arzularını həyata keçirmək üçün heç nə etmir. Bu səbəbdən də o arzular elə arzu olaraq qalır. Halbuki, bir addım qabağa atmasan, hər zaman yerində sayacaqsan.Öz seçimimizi biz özümüz edirik.

Sizə bu məqalədə həyatınızı necə boşa sərf edə biləcəyiniz haqqında danışacağıq.

1. Özünə yazığın gələrək və keçmişin haqqında peşmançılıq çəkərək vaxtını keçir

2. Öz problemlərinə şikayətlən və onları həll etməyə çalışma.
 
3. Həyatda qarşına çətinliklər çıxan kimi təslim ol.
 
4. Ehtirası yadından çıxar və pulların dalıyca qaç.
 
5. Maaşdan maaşa yaşa.
 
6. Qazandığından daha çox pul sərf et. Və borclar içində bat.
 
7. Hər şeyə nəzarət etməyə çalış. Daha sonra isə bu mümkün olmadığı üçün özünü üz.
 
8. Qorxduğun və çəkindiyin şeylər haqqında fikirləş.
 
9. Qoy, başqaları sənin yerinə qərar qəbul etsinlər. Heç vaxt özün qərar qəbul etmə.
 
10. Kiçik anlaşılmazlıqlara böyük qalqamaqallara çevirilməyə imkan yarat.
 
11. Ətrafında hər kəsə paxıllıq et.
 
12. Kin saxla. Heç vaxt, heç kimi bağışlama.
 
13. Hər zaman haqlı olduğunu düşün.
 
14. Başqalarının fikrindən asılı ol.
 
15. Özünə və başqalarına yalan danış. Həmçinin başqalarının da sənə yalan danışdıqlarına əmin ol.
 
16. Başladığın işi heç vaxt bitirmə.
 
17. Hər zaman bir yerdə qal. Heç vaxt səyahət etmə.
 
18. Özünü uğurlu insanlarla müqayisə et. Hər bir müqayisədə sən məğlub olmalısan.
 
19. Özünü qiymətləndirmə.
 
20. Heç vaxt yeni nəsə öyrənmə.
 
21. Etdiyin nəyəsə görə heç vaxt məsuliyyət daşıma. Daim günahı başqalarının boynuna at.
 
22. Heç kimə sənə kömək etməsinə imkan vermə.
 
23. Heç kimə inanma.
 
24. Bir neçə işi eyni anda həl etməyə çalış.
 
25. Əgər sən buna məcbur deyilsənsə, başqalarına kömək etmə. Ancaq özünə sərf edənləri et.
 
26. Səndə olmayan bir şey haqqında düşün. Və buna görə kədərlən.
 
27. Heç vaxt idmanla məşğul olma, ziyanlı və yağlı yeməklərlə qidalan və öz sağlamlığını korla.
 
28. Fikirləşdiklərini demə, dediklərini də düşünmədən de.
 
29. Heç vaxt heç kimə öz hisslərindən bəhs etmə.
 
30. Heç vaxt heç kimə "Bağışla" və "Mən səni sevirəm" ifadələrini demə.
 
31. Öz ehtiyaclarını hər zaman sonraya saxla.
 
32. Qoy, başqaları sənin haqqında pis fikirləşsinlər.
 
33. Gündə bir neçə saat televizora bax.
 
34. Zərərli vərdişlərin aludəçisi ol.
 
35. Heç vaxt istirahət etmə, daim işlə.
 
36. Öz hobbilərini unut.
 
37. Yaxın münasibətləri yadınnan çıxart.
 
38. Hər şeyi ürəyinə sal.
 
39. Sənə edilmiş yaxşılıqları unut, pislikləri isə daim xatırla.
 
40. Başqalarının düşüncələrinə və məsləhətlərinə heç vaxt fikir vermə.

Əgər siz bu siyahıda sadaladığımızlarda özünüzü gördünüzsə, unutmayın ki, ziyanın yarısından qayıtmaq da bir xeyirdi.

Sizin hər zaman bir şansınız var.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN