Həvəssizlikdən Qurtulun

0
2602
Həvəssizlikdən Qurtulun

Dr. David Burns “Yaxşı HissEtmək” kitabında adamın öz-özünü hərəkətə keçirməsi üçün 5 fərqli yol göstərir. Bu prinsiplərin əksəriyyəti kağız üzərində hazırlayacağınız cədvəllər və bu cədvəldə yazılan qeydlərdən ibarətdir. Kitabda detalları ilə açıqlanan bu prinsiplər qısaca belədir:
1- Gündəlik fəaliyyət proqramı: Hər gün etmək istədikləriniz üçün bir plan hazırlayın. Fəaliyyət planınızda geyinmək , ya da yemək belə ola bilər. Günün sonunda o zaman dilimlərində həqiqətən nə etdiyinizi yazın. Divara baxmaq belə olsa, bunu yazın. Bunları da 0-dan 5-ə qədər qiymətləndirin. Planlarınızın heç olmasa bir hissəsini həyata keçirdiyinizi görmək depressiyaya qarşı mübarizənizdə kömək edəcək.
2- Təxirə salma əleyhinə cədvəl: Hər gün təxirə saldığınız bir fəaliyyətin göstəricisidir. Bir kağıza sözügedən fəaliyyəti addım-addım yazın, hər birinin qarşısında təxmin etdiyiniz çətinlik dərəcəsini faiz olaraq göstərin. Hər mərhələni tamamladıqdan sonra həm onu etməkdən aldığınız zövqün miqdarını, həm də həqiqətdə nə qədər çətin olduğunu yenə faiz olaraq göstərin.
Məsələn, fəaliyyətiniz yemək hazırlamaqdır. Addımları: Yemək vəsaitlərini çıxarmaq, köməkçi mətbəx vəsaitlərini hazırlamaq, vəsaitləri yuyub hazırlamaq, qazanı ocağa qoymaq vs.
3- Funksional olmayan düşüncələrin gündəlik qeydləri: Müəyyən bir iş haqqında düşünərkən ağlınızdan keçən düşüncələri sadə bir şəkildə yazın. Sonra bu düşüncələrin həqiqi olmadığını göstərən uyğun məntiqli cavablar yazın. Sizi kədərləndirən düşüncələri yazdığınızdan əmin olun.
4- Özünüzü dəstəkləməyi öyrənin: Tez-tez özünüzü etdiyiniz şeyin bir əhəmiyyəti olmadığına inandırmağa çalışırsınız? Belə pis vərdişiniz varsa, Nobel mükafatlı biri ,ya da bir bağban olmanız fərq etməyəcək.

Bu dağıdıcı meyli tərsinə çevirmək üçün düşüncələrinizi təyin etməlisiniz.Özünüzü pislədiyiniz ifadələri bir tərəfə, özünüzü dəstəklədiyiniz ifadələri də onların qarşısına yazın. 
5- Kiçik ayaqlara kiçik addımlar: Təklif olunan bir işi kiçik komponentlərə bölməyi öyrənməkdir. Bir işi həll edə biləcəyiniz ölçülərə ayırmağın rahat yolu zaman məhdudlaşdırması qoymaqdır.Müəyyən bir işə nə qədər zaman ayıracağınıza qərar verin, bir müddət sonra dayanın və bitirmiş olsanız da, olmasanız da əyləncəli bir şey edin.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN