Həyatınızda Hər Şey Yolunda Getmir? Birdə Bunu Sınayın...

0
6385
Həyatınızda Hər Şey Yolunda Getmir? Birdə Bunu Sınayın...

Ağzımızdan çıxan hər sözə diqqət etməliyik, düşüncələr obyektə çevrilir, düşüncələrimizi sözlərə əks etdirib söylədikdə enerjini aşkar etmiş oluruq, bu səbəbdən düşünərkən, danışarkən həmişə müsbət, gözəl faktlar xəyal etməli, düşünməli və söyləməliyik. Nə itirərsiniz ki?! Olacaq onsuz da olacaq pis düşünməyin, narahat olmanın, kədərlənməyin sizə nə faydası ola bilər? 
 
internetdə bu söz və ya cümlələri axtararaq bu mövzu haqqında ətraflı məlumatlar əldə edə bilərsiniz:
 
afirmasiya (olumlama)
pozitiv düşünmə
bumeranq qanunu
çəkim qanunu
secret (secretçilər) və s.
 
Hazır afirmasiya cümlələrini özünüzə uyğunlaşdıraraq və ya aşağıdakı göstərişləri diqqətə alaraq özünüz üçün AFİRMASİYA yarada bilərsiniz:
 
* Bütün cümlələr müsbət, pozitiv olsun: "mən gözələm" "ətrafım məni çox sevir" "hər kəslə aram yaxşıdır" və s. kimi.
 
* istədiyinizi qəti, dəqiq və aydın bir dillə olmuş kimi özünüzə söyləyin; nümunə, universitet imtahanına hazırlanan bir şagird üçün "istədiyim sahədə oxuyuram, çox xoşbəxtəm" və s. kimi
 
* istədiyinizi əldə etmiş və yaşayırmış kimi danışın; yəni indiki zaman "çox zəngin olacağam" deyildə "çox zənginəm" deyəcəksən. Əgər keçmiş zaman istifadə edəcəksinizsə "çox bədbəxt idim" və s. kimi söyləyin
 
* Sadəcə afirmasiya cümlələri qurmaq istədiklərinizin olacağı mənasına gəlməz, bunun üçün lazım olan şeyləri də etmək və lazımlı addımları atmağa başlamalısınız. Afirmasiya sizi qorxub çəkindiyiniz mövzuların üzərinə getməyə, təşvişə, ümidsizliyə qapılmamanızı təmin edəcək. Sizə istədiyiniz həyatı təmin etməniz mövzusunda lazımlı motivasiyanı verəcək.
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova
 

ŞƏRH YAZIN