İş Yerinizə Rəng Qatın!

0
2588
İş Yerinizə Rəng Qatın!

Günümüzün 9 saatını, demək olar ki, vaxtımızın böyük hissəsini işdə keçiririk. Boz ofis mühiti, süni bitkilər, klaviatura səsləri... günümüz bunlarla keçir. Çalışanların da əksəriyyəti işlərinin darıxdırıcı olduğu və gördükləri işdən zövq almadıqlarını qeyd edir. Bunun səbəbi də işlədiyimiz mühit, yəni ofis olur. Lakin iş yerimizi maraqlı etmək öz əlimizdədir. Bununla həm vaxtımız yaxşı keçər, həm də gördüyümüz işin keyfiyyət və məhsuldarlığı artar. Sizə iş mühitinizi daha maraqlı və əyləncəli etmək üçün bir neçə məsləhət verəcəyik:

Ofisinizi açıq havaya köçürə bilərsiniz.

İş otağınızı, evdə olduğu kimi komfortlu edin.

Ofis iti maraqlı seçim ola bilər.

Xoşbəxt saatlar ofis mədəniyyətinin bir parçasıdır.

Ofisinizi bəzəyin!

Qrup idmanı, fasiləni faydalı etməyin ən yaxşı növüdür.

Ofis divarınızı rəngləndirin.

Çərəz və şirniyyat dolu iş masası kefinizi açacaq.

Enerjinizi bərpa etmək üçün müxtəlif oyunlar (stolüstü və ya intellektual) oynaya bilərsiniz.

Kiçik əyləncələr böyük bəhrələr verə bilər.

Daha çox oksigenlə ciyərlərinizin qeydinə qalın.

Hobbilərinizə işdə də zaman ayırın.

Şənliklər təşkil etmək heç də pis fikir deyil.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN