Problemlərlə Mübarizənin Yolu

0
2279
Problemlərlə Mübarizənin Yolu

Nostalgiya psixoloji problemlərlə mübarizə aparmağa kömək edir və insanda ruh yüksəkliyi yaradır.

Britaniya alimlərinin apardıqları eksperimentin nəticələri bu fikrə gəlməyə əsas verib. Sautgempton Universitetinin alimlərinin apardığı eksperimentin gedişində keçmiş haqqında nostalji xatirələrlə gələcəyə nikbin baxışlar arasındakı əlaqələr araşdırılıb. Birinci mərhələdə iştirakçılardan nostalji xatirələri yada salmağı və qələmə almağı xahiş ediblər.  

İkinci mərhələdə iştirakçılar nostalji duyğulu bəstələr, üçüncüdə isə şeirlər dinləyiblər. Tədqiqatın hər bir mərhələsi göstərib ki, iştirakçılar nostalji xatirələrlə yüklənərkən onların özünüqiymətləndirmə səviyyəsi və gələcəyə nikbin münasibətləri yüksəlir.

 

ŞƏRH YAZIN