Qısqanmayan İnsanların Nə Özəllikləri Olur?

0
3678
Qısqanmayan İnsanların Nə Özəllikləri Olur?

Hər kəs qısqanclıq duyğusuna malik olsa da, bəzilərində bu hiss çox aşırı dərəcədə olur. Halbuki, aşırı qısqanclıq həm münasibətləri sonlandırır, həm də insanın özünü bədbəxt hiss etməsinə gətirib çıxarır. Bəs heç düşünmüsünüzmü, qısqanclıq hissi olmayan insan varmı? Varsa onların hansı özəllikləri var?

Amerikanın tanınmış saytları bu mövzuda araşdırma aparıb. Araşdırma ilə heç qısqanclıq hissi olmayan insanların 7 özəlliyini ortaya çıxarıb:

1. Ən yaxın dostunuz evlənib və ya işində uğur qazanıb. Başkasının uğur qazanması, sizin bacarıqsız olmağınız demək deyil. Qısqanc olmayan insanlar yaxınlarının bu uğurlarına sevinər, onu gülərək qarşılayarlar. Özlərini onlarla müqayisə etməyi ağıllarına belə gətirməzlər.
2. Qısqanc olmayan insanların ətrafında güvənə biləcəkləri tanışları çox olur. Ürəyinizcə bir işdə çalışırsınızsa, kənardakıları qısqanmayacaqsınız.
3. Sevdiyi insanı başqasına qısqanmayan insanlar özlərinə hörmət qoyan, güvənənlərdir. 2005-ci ildə professorlar gənclər arasında araşdırma apararaq bunu bir daha təsdiqləyiblər.
4. Sosial şəbəkədə çox oturub, ən gözəl fotolarını paylaşmağa can atanlar özlərinə güvənmirlər. Onlar ətrafdakıları qısqandırıb, acıq verməyə can atırlar. Bu isə insana pessimist hisslər gətirir. Başqalarını qısqanmayanlar digərlərinə nisbətən sosial şəbəkələrdə iki dəfə az vaxt keçirirlər.
5. Başqaları bizi qısqanan zaman xoşbəxt oluruq. Bu xoşbəxtlik uzun çəkmir və özünə güvənməməyin göstəricisidir. Qısqanmayan insanlar ətrafdakılara acıq verməyə də çalışmazlar.
6. Psixoloq Sccot Bea iddia edir ki, xoşbəxtlik üçün daim nəyəsə nail olmağa çalışmayın. Əlinizdə olanlara nə qədər çox şükr etsəniz, bir o qədər çox xoşbəxt olarsınız.
7. Əgər özünüzü başqaları ilə müqayisə etsəniz, heç vaxt xoşbəxt olmayacaqsınız. Hər insanın doğulduğu ailə, böyüdüyü mühit, sahib olduğu imkan eyni ola bilməz. Özünü başqaları ilə müqayisə etməyən insanlar hər zaman xoşbəxt olurlar.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN