Qucaqlaşın!

0
3996
Qucaqlaşın!

Sevdiyimiz insanları qucaqlamaq, onlara sarılmaq bizə inanılmaz müsbət təsir edir. Bu yalnız xoş təəssüratlar ötürmür, həmçinin xeyirli olduğu müəyyən edilib.

Alimlərin araşdırmaları sübüt edir ki, qucaqlaşma bildiyimizdən daha xeyirli bir prosesdir. Onlar gündəlik qucaqlaşmanın, orqanizmin infeksiyalarla mübarizə aparmasına təsir göstərdiyini və ürək-damar xəstəlikləri təhlükəsinin azalmasına təsir etdiyini bildirirlər. Araşdırmalara əsasən, 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan "oksitosinin" azalmasına gətirir. Bunun isə müasir dövrdə nə qədər önəmli olduğunu hamımız bilirik.Yapon alimləri ağlayan körpəni qucaqlayıb yüngülcə yelləmənin onun sağlamlığı üçün daha çox faydalı olduğunu elmi olaraq sübut ediblər.

Paytaxt Tokionun şimalındakı Saitamadaki Beyin Elm İnstitutunun alimlərinin apardığı araşdırmalara görə, körpə ağladığında qucaqlayan zaman özünü daha rahat hiss edir. Doktor Kumi Kuroda "Körpələr anaları tərəfindən qucaqlandığı zaman özünü daha rahat hiss edir" deyib. Yaponiyalı mütəxəssislər ağladığında qucağa alınan körpənin ürək döyüntülərinin normala döndüyünü təyin ediblər. Professor Kuroda  ağlayan körpələrin ailəsi üzərində nəzarət etməyə çalışdığına dair nəzəriyyələrin bu şəkildə səhv olduğunu da göstərdiklərini vurğulayıb. 

Bu kimyəvi reaksiya həmçinin qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır və depressiya simptomlarını azaltma gücünə malikdir. Eyni zamanda, karbohidratların mübadiləsini nizama salan "kortizol" hormonunun səviyyəsini azaldır. Bu isə sevdiyiniz insanla qucaqlaşmanızın çəkiyə müsbət təsirindən xəbər verir. Həmçinin xəbərdar olun ki, orqanizm qucaqlaşma zamanı sevinc hormonu olan "endorfini"  istehsal edir. Qucaqlaşdıqda insan özünü yaxşı hiss edir, damarlarda qan daha tez dövr edərək, ürək döyünməsini və nəfəsi tənzimləyir. Bundan əlavə, proses zamanı  beyində həzz mərkəzləri aktiv olaraq həm kişi, həm də qadın orqanizmində hemoqlobin səviyyəsini artırır, bu isə immun sisteminə müsbət təsir göstərmiş olur.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN