Beynimiz Barədə

0
3588
Beynimiz Barədə

İnsan beyni hələdə bizim bilmədiyimiz çoxlu sirrləri özündə saxlayır. Beynimiz haqqında bəzi maraqlı faktları sizə təqdim etmək istəyirik :

İnsan beyninin ağırlığı təxminən 1.5 kiloqramdır. Ancaq bu ağırlığın hamısını hiss etmərik, çünki beynimiz onurğa iliyi mayesinin içində üzər. Bu da beynin ağırlığını 1 kiloqram ətrafında hiss etməmizi təmin edər.
 
Bir insanın beynindən gündə ortalama 70 min düşüncə keçər.
 
Lazım olan enerjini təmin etmək üçün beyinə dəqiqədə 3 kola qutusu qədər qan gəlir. Bədənin çıxardığı oksigen və enerjinin 20%-i beynimiz tərəfindən istehlak edilir.
 
Bir çox orqan yetkinlik dövrü bitdiyində son halını alır. Ancaq beynimiz, 40 yaşına gələnə qədər inkişafa davam edir.
 
İnsan beynində ağrı hissi təmin edən alıcılar yoxdur. Bir başqa deyişlə, beyin acımaz. Bu səbəblə də beyin əməliyyatları xəstə oyaq ola-ola da edilə bilər.
 
Bədənimizdəki bütün orqanlar kimi,beyin də bəslənmədən təsirlənir. Beyin sağlamlığınız üçün indi sayacağımız yeməkləri istehlak etməniz yaxşı olar: yağlı balıqlar, pomidor, balqabaq tumu, zeytun, avokado, brokoli, tam taxıllı çörək, bitter şokolad, yumurta, adaçayı, qoz.
 
Beynimiz bədənimizdəki ən yağlı orqandır. Yüzdə altmışı yağdan meydana gəlir.
 
Elm hələ də yuxunu necə gördüyümüzü tam açıqlaya bilmir. Nəzəriyyələr arasında ən məşhuru budur ki, beyin oyanıqkən əldə etdiyi məlumatları bir yerə yığır. Yuxu əsnasında isə bu məlumatları olması lazım olan yerlərə qoyaraq tənzimləmə edir. Bu məlumatlar köçürülərkən biz də onlardan təsirlənərək,ümumiyyətlə şərhi olmayan yuxular görürük.
 
İnsan ən çox beyin hüceyrəsinə 2 yaşındaykən sahib olur. Daim yenilənmə getsə də,heç vaxt bu rəqəmi tuta bilmirik.
 
Keçmiş dövrlərdə beynin əhəmiyyətsiz bir orqan olduğu düşünülürdü. Mədə və ürəyə  daha çox əhəmiyyət verilirdi. Hətta qədim Misirdə insanlar mumyalanarkən,beyinləri burunlarından çəkilərək çıxardılırdı.
 
Qadınlar hamiləykən beyinləri büzülərək bir miqdar kiçilər. Körpə doğulduqdan altı ay sonra beyin yenə köhnə böyüklüyünə qovuşar.
 
İnsanın daha ağıllı olması ilə beyin böyüklüyü arasında bir əlaqə olmadığı tam sübut olunub.
 
Araşdırmalara görə,beyin bütün həyatımız boyunca 1 kvadrilyon məlumat yığır. 1 kvadrilyon nə qədər edir desəniz, 1-in yanına 15 sıfır qoyaraq bilərsiniz.
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN