Səhər Gümrah Oyanın

0
3678
Səhər Gümrah Oyanın

Səhər yuxudan oyandığımızda özümüzü yorğun,bitkin hiss edir, mümkün olduqca yataqdan durmamağa çalışırıq. Təbii ki, səhər yenicə oyanmağımıza rəğmən yorğun hiss etməyimizin bir səbəbi olmalıdır. Alimlər bunu araşdırıb:

1.  Yetərincə su içməmək, qanda dəmir azlığı yorğunluğa səbəb ola bilər. Yuxusuzluq sadəcə enerjinizi tükətməz, bununla yanaşı, fiziki və ruhən sizi yorar. Nəzərə alsaq ki, bədəninizin susuz qalması enerjiniz üzərində böyük təsirə malikdir, o zaman su içməyin nə qədər önəmli olduğunu anlayarıq. Susuzluq qanın azalmasına səbəb olur. Ürəyiniz daha zəif işləməyə çalışar, nəticədə, orqanlara gedən oksigen və qida miqdarında azalma yaşanır. Bunun üçün su için.

2. Yetərincə dəmir qəbul etməmək. Özünüzü yorğun hiss edirsiz və diqqət gücsüzlüyü yaşayırsızsa, dəmir əksikliyi probleminiz var. Anemiya riskini azaltmaq üçün dəmir qəbulunu artırın. Yağsız ət, yumurta sarısı, tünd-yaşıl yarpaqlı tərəvəzlər, qabıqlı quru  yemişlər, yerfındığı əzməsi yeyin.

3. Səhər yeməyini yemirsiz. Gecə yedikləriniz əriyər və səhər yeməyi ilə yenidən o enerjini yığmalısız. Səhər yeməyi yeməsəniz,tənbəlləşərsiz. Tam taxıl, proteinli sağlam qidalar yeyin.

4.  Nə gəldi,yeyirsiz. Şəkər və sadə karbohidratla zəngin olan qidaların qlisemik indeksi çox yüksəkdir. Qan təzyiqindəki ani yüksəlmələr də yorğunluğu artırır. Sobada qızardılmış toyuq, qəhvə rəngli düyü, somon balığı, dadlı kartof,  toyuqlu, meyvəli salat yaxşı seçimdir.

5.  Mükəmməl olmağa çalışırsız. Mükəmməl olmaq üçün çox işləyirsiz və nəticədə yorğun olursuz. Buna görə arada fasilələr edin. İşi dərhal edib bitirməyə çalışmayın.

6.  Problemləri böyüdürsüz. Hər şeyə görə narahat olur və ən xırda məsələləri belə böyüdürsüz. Bu da zehni baxımdan sizi yorar. Bu halda dərindən nəfəs alın.

7.  İş yeriniz dağınıqdır. İş yerində dağınıq bir şərait sizi zehni olaraq yorar. Hər günün sonunda masanızı səliqəyə salın. Bu, ertəsi gün işə pozitiv başlamanıza kömək edəcək.

8. Yatağınızda telefon, kompüter işlədirsiz. Netbook, telefonların işıqları yuxu hormonu olan melotonini dayandıraraq bədəninizin təbii ritmini pozur. Yatmadan bir neçə saat əvvəl elektron alətlərdən uzaq durun.

9. Gün ərzində çoxlu qəhvə içirsiz. Araşdırmalara görə, gündə 3 fincan qəhvə sizin üçün faydalıdır. Düzgün miqdarda içilməməsi isə yuxunuza kömək edən adenozini dayandırır. Yatmadan 6 saat əvvəl içilən qəhvə belə yuxuya mane olur. Günortadan sonra qəhvə içməyin.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN