Səhərlər Oyana Bilmirsiniz?

0
2269
Səhərlər Oyana Bilmirsiniz?

Səhərin şirin yuxusundan oyanmağı kim sevər ki? Hər kəs üçün yuxudan durmaq çətin olsa da, psixoloqlar bunun üçün daha asan üsullar təklif edir. Bu üsulları tətbiq etsəniz, səhər yuxudan oyanmaq daha asan olacaq.
1. Nahar vaxtı gəzintiyə çıxın. Çalışın günün çox hissəsini açıq havada keçirəsiniz. Bununla siz yaxşıca yatıb, səhər də gümrah oyanmağa nail olacaqsınız.
2. Axşamlar idmanla məşğul olun. Yaz aylarında idmanla səhər tezdən durarkən məşğul olmaq lazımdır. Qışda isə fitnes və gimnastikanı axşama keçirin. Tədqiqatçılar iddia edir ki, axşam məşqləri daha effektli olur.
3. Saat 20:00-dan sonra televizora baxmayın. Elektron ekranın göy işığı melatonin (yuxu, gecə və gündüzün ritmini təyin edir) hormonunun ifrazına mane olur. Qeyd edək ki, elektromaqnit sıxlığı artdıqca hormonun ifrazı azalır.
4. Yatmazdan qabaq şam və ətirli lampa yandırın. Düzgün seçilmiş şam sizin rahat yuxuya getməyinizə şərait yaradır, şamın isti işığı isə sizi gün ərzində gümrah saxlayacaq. Lakin sonradan şamı söndürməyi unutmayın.
5. Yatmazdan qabaq səhər yeməyinə dadlı şirniyyat yeyəcəyinizə söz verin. Axşam yatmazdan qabaq heç nə yeməyin. Səhər yuxudan yüngül aclıq hissi ilə duracaqsınız. Özünüzə söz verdiyiniz səhər şirniyyatı barədə düşünəndə dərhal çarpayıdan duracaqsınız.
6. Pəncərəni açıq qoyun. İnsan gecə ərzində külli miqdarda karbon qazı hasil edir. Bu isə insana yuxu gətirir. Ona görə də pəncərəni  açıq qoymaqla səhər tezdən dura bilərsiniz.
7. Zəngli saatı çarpayıdan bir qədər uzağa qoyun. Çalışın zəngli saatı otağın uzaq küncünə, qapının ağzına və ya digər bir otağa qoyasınız. Onu söndürmək üçün siz mütləq ayağa duracaqsınız.
8. Melodik musiqi sədaları altında oyanın. Zəngli saatın möhkəm və xoşagəlməz siqnalını unudun. İndi mağazalarda təbiətdəki səsləri təqlid edən ritmik musiqili saatlar satışdadır.
9.Səhər duran kimi işığı yandırın. Melatonin hormonunun ifrazı işıqda azalır, qaranlıqda isə artır. Bu isə sizə yuxu gətirə bilər.
10. Səhər yeməyindən əvvəl 1 stəkan su için. Bu, çox sadə və effektli metoddur. Su nəinki sizin yuxudan oyanmanıza kömək edir, hətta orqanizminizi təmizləyərək həzm sisteminiz yaxşılaşdırır.
11. Açıq pəncərəyə yaxınlaşıb, bir neçə dəfə dərindən nəfəs alın. Küçədə hava soyuq olsa belə, bu prosedur sizi yuxulu vəziyyətdən xilas edəcək.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN