Uğurlu İnsanların Uğursuzluqları!

0
2512
Uğurlu İnsanların Uğursuzluqları!

Uğursuzluğa düçar olan əksəriyyət insanın etdiyi qaçmaqdır. İmtina etmək, ümidini üzmək, xəyal və arzusunu öldürməkdir. Amma halbuki, uğur qazanmış məşhur insanlar var ki, onların da həyatında bu cür hekayələr olub, ancaq onlar  xəyallarından əl çəkməyib, səylə çalışaraq uğur qazanıblar. Məşhur insanlardan bəzilərinin ilk uğursuzluqlarına nəzər salaq:

Albert Eynşteyn - 4 yaşına qədər danışa bilməyən Eynşteyn danışmağa kəkələyərək başladı. Disleksiya xəstəliyi olduğuna görə öyrənməkdə çətinlik çəkirdi. Buna görə də müəllimləri valideynlərinə: “Bu uşaq məktəbi bitirə bilməz, o heç vaxt uğur qazanmayacaq” - demişdilər və onu məktəbdən uzaqlaşdırmışdılar. Ancaq o, öz kəşfləri ilə adının önünə “dahi” sözünü yazdıra bildi.

Henri Ford - Ford Motor Şirkətini yaratmazdan əvvəl düz 5 dəfə iflas etdi.
 
Volt Disney - Disneyin ilk sənəti jurnalist olub. Lakin “yaradıcı fikrə sahib olmadığı” səbəb göstərilərək tez bir zamanda işdən çıxarılıb. 
 
Harrison Ford - İlk filmi, demək olar ki, heç kim tərəfindən izlənilmədi.
 
Çarli Çaplin - İlk vaxtlar Çaplin heç bir Hollivud studiyası tərəfindən qəbul edilməmişdi. 
 
Oliver Stoun - Oskar mükafatı ilə təltif olunmuş rejissor Stoun  universitet illərində olduqca müvəffəqiyyətsiz idi. Kitab yazmağı qərara aldı, amma kitab dərc olunmadı. Universiteti bitirdikdən sonra Vyetnamda müəllimlik etdi. Sonralar çəkdiyi filmlər ona uğur qazandırdı.
 
Cek London - Amerikalı yazıçı Londonun ilk əsəri 600 nəşriyyat evi tərəfindən rədd edilmişdi.
 
Motsart - Beş yaşında bəstələməyə başlayan Motsart həyatı boyu aristokrat təbəqənin diqqətini cəlb etməyə çalışıb.
 
Pablo Pikasso - 1981-ci ildə İspaniyada dünyaya gəldi. Doğumu olduqca çətin oldu. Dünyaya gəldikdən sonra bir müddət nəfəs ala bilmədi. 11 yaşına qədər oxumaq, yazmaq və hesablamağı öyrənə bilmədi. İmtahanlarından müəllimlərinin yardımı ilə keçdi. Miqren xəstəliyi olan Pikasso eyni zamanda disleksiya xəstəsi idi. Bir müddət həyatını pulsuz və ac yaşadı. Bir rəsmin  36 fərqli versiyasını yaratdı. Bu işi ilə dövrün sənətkarlarını təqlid etməkdə günahlandırıldı. Ancaq o, XX yüzilliyin ən məşhur rəssamı oldu. 91 yaşında vəfat etdi və son gününə kimi rəsm çəkməklə məşğul oldu. Həyatı boyunca 22 mindən çox sənət əsəri yaratdı.
 
“İnamlı, qərarlı, həvəsli, tənbəllik etmədən”  yola davam!  İstəsək, bacararıq!!!

 Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN